9 C
Baku
Thursday, December 12, 2024

Kadrlar üzrə mütəxəssis (HR) işinin peşəkarı olmaq istəyənlər üçün TƏDRIS KURSU

“Əmək müqaviləsi: A-dan Z-yə”  kursunda hansı dərslər tədris olunacaq və iştirakçılara çap və elektron formada materiallar veriləcək?

Azərbaycanda rekorda imza ataraq 4 dəfə təkrar nəşr olunan “Əmək Münasibətləri: A-dan Z-yə” kitabının müəllifi, “Monitor Konsaltinq” jurnalının eksperti, sərbəst auditor Altay Cəfərovun “Əmək müqaviləsi: A-dan Z-yə” tədris kursuna start verildi.
Tədris olunacaq mövzular:

  • İşçinin işə qəbul olunması prosedurları, Əmək müqaviləsi haqqında anlayış, tələb olunan sənədlər (əmək kitabçası, sosial sığorta şəhadətnaməsi, tibbi arayış və s.) haqqında məlumat;
  • Əmək müqaviləsində nəzərdə tutulan şərtlər (əmək funksiyası, əməkhaqqı,  əməyin mühafizəsi, iş və istirahət vaxtı, məzuniyyət, müavinət və s.) haqqında məlumat;
  • Əvəzçiliklə həyata keçirilən işlər zamanı əmək müqaviləsinin şərtləri və mütləq gözlənilməli tələblər;
  • Əmək müqaviləsi bildirişi, Əmək müqaviləsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyatdan keçirilməsi prosesi, qanunvericiliyin tələbləri;
  • Əmək müqaviləsinə xitam verilməsinin əsasları;
  • Yeni dəyişikliklər nəzərə alınmaqla Əmək müqaviləsinin bağlanmamasına görə cərimələr və  işəgötürənin cinayət məsuliyyəti haqqında geniş məlumat.

Tədrisin sonunda veriləcək materiallar (çap və elektron formada):

  • Əmək Məcəlləsinə dəyişiklikdən sonra hazırlanan YENİ əmək müqaviləsinin nümünəvi forması;
  • Əmək kitabçasının doldurulması qaydası;
  • Sosial sığorta şəhadətnaməsi ərizəsinin doldurulması qaydası;
  • Maddi məsuliyyət müqaviləsinin nümunəvi forması;
  • Tabel uçotu və ştat çədvəlinin nümunəvi forması;
  • Əmək müqaviləsi ilə bağlı 10-dan çox ərizə və əmrin nümunəvi forması.

Kurs 2 həftə davam edəcək. Dərslər hər biri 90 dəqiqə olmaqla həftədə 2 dəfə keçiriləcək. Daha ətraflı məlumatı email ünvanına yazmaqla və ya 012-437-32-67 saylı və ya 050-265-72-65 saylı nömrələrə zəng etməklə öyrənə bilərsiniz.

Kursun sonunda iştirakçıların öyrəndikləri biliklər qiymətləndiriləcək və onlara sertifikatlar təqdim olunacaq.

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.