“Sosial ödənişlər müddətə bağlı deyil. Onlar birdəfəlik ödəmələrdir”.
Bunu Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.
O, həmçinin yeni iqtisadi paketin olub-olmayacağı ilə bağlı məsələyə də münasibət bildirib. Qeyd edib ki, dövlətin bundan əvvəl elan etdiyi iqtisadi paket çoxşaxəlidir: “Bu gün hansısa əlavə paketə ehtiyac görmürük. Hazırda iqtisadiyyata böyük həcmdə dəstək göstərilir”