11 C
Baku
Sunday, November 17, 2024

Əlcəzair “OPEC plus”un qərarının neftin qiymətini 100 dollar səviyyəsində sabitləşdirəcəyini bildirib

“Oktyabrın əvvəlində “OPEC plus” ölkələrinin neft hasilatını azaltmaq qərarı ilin sonunadək qiyməti 100 dollar/barel səviyyəsində sabitləşdirməyə kömək edəcək”.

Bunu Əlcəzairin energetika və mədən naziri Məhəmməd Arkab parlamentdə çıxışı zamanı deyib.

“Neftin qiymətinin aşağı düşməsinə və qlobal tənəzzül qorxusuna baxmayaraq, “OPEC plus”un hasilatı gündə 2 milyon barel azaltmaqla bağlı son qərarı bazar balansını və qiymət sabitliyini ilin sonuna qədər “qara qızıl”ın qiymətini 100 dollar səviyyəsində saxlamalıdır”, – deyə, o bildirib.

Son xəbərlər
Digər xəbərlər