Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, ölkə Prezidenti Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamra sabah Azərbaycana gəlir.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, o səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslərlə görüşəcək.
R.Lamamra və C.Bayramov görüşdən sonra birgə brifinq keçirəcək.