Türkiyənin tanınmış siyasətçisi, keçmiş iqtisadiyyat naziri Əli Babacan hakim Ədalət və İnkişaf Partiyası (AKP) üzvlüyündən istefa verib.
Türkiyə KİV-inə istinadən o, bu barədə yazılı açıqlama yayıb.
Qeyd edək ki, Əli Babacanla baş nazirin keçmiş müavini Bülent Arıncın yeni siyasi partiya quracağı bildirilmişdi.
Xatırladaq ki, Əli Babacan 1967-ci il aprelin 4-də Ankarada anadan olub. O, 2007-2009-cu illərdə Türkiyənin xarici işlər naziri, 2009-2015-ci illərdə Türkiyə baş nazirinin müavini işləyib.
Report