“S&P Global Ratings” Azərbaycan Biznesinin İnkişafı Fondu və ya ABİF-in kredit reytinqləri üzrə illik icmal aparıb.
Banker.az xəbər verir ki, icmalın nəticələrinə əsasən, Fondun xarici və yerli valyutada emitent kredit reytinqi “BB/Stable/B” səviyyəsində saxlanılıb. Reytinq üzrə proqnoz “Stable” (sabit) olaraq müəyyən edilib.
“S&P Global Ratings” Fondun müstəqil kredit profilini (SACP) “bb”, reytinq üçün baza göstəricisini (Anchor) isə “b” səviyyəsində qiymətləndirib.
ABİF-in biznes mövqeyi “qənaətbəxş” kimi qiymətləndirilib və bu göstəricinin yekun reytinqə təsiri olmayıb. Kapital və gəlirlilik göstəricisi “çox güclü” səviyyəsində qiymətləndirilib və reytinqə iki pillə müsbət təsir edib.
Fondun risk mövqeyi “qənaətbəxş” olaraq qiymətləndirilib və bu komponentin reytinqə təsiri olmayıb. Maliyyələşmə və likvidlik göstəriciləri isə müvafiq olaraq eyni səviyyəsində qiymətləndirilib və yekun reytinqə təsir göstərməyib.
“S&P Global Ratings” bildirib ki, illik icmal zamanı emitentin mövcud kredit reytinqləri son performans göstəriciləri və bazardakı son inkişaflarla müqayisəli şəkildə nəzərdən keçirilir. İcmalın nəticəsi reytinqin komitə tərəfindən yenidən nəzərdən keçirilməsinə yönləndirilmə ilə nəticələnə bilər ki, bu da sonradan kredit reytinqi üzrə qərara səbəb ola bilər.
Şirkət qeyd edib ki, illik icmalın özü yaxın gələcəkdə kredit reytinqi üzrə qərarın qəbul ediləcəyinə dair göstərici deyil.
Azərbaycan Biznesinin İnkişafı Fondu 2021-ci ildə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu ilə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşdirilməsi yolu ilə yaradılıb. Fond iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını və sahibkarlığın maliyyələşdirilməsini dəstəkləyir. Onun əsas alətləri müvəkkil təşkilatlar vasitəsilə güzəştli maliyyələşdirmə, investisiya qoyuluşu, sahibkarlıq subyektlərinin manatla kreditlərinə zəmanət və faiz subsidiyalarının verilməsidir.
2025-ci ilin dekabrında Fond publik hüquqi şəxsdən “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC-yə çevrilmə yolu ilə yenidən təşkil edilib. Y






