Xorvatiyanın yerli qəzetlərindən biri olan “Vecernji list”-in verdiyi məlumata görə, əlil arabasında olan fiziki qüsurlu şəxs xorvat bankını qarət edib. Onun içəri daxil olmasına isə yoldan keçən vətəndaşlar yardım etmişlər. Təbii ki, onlar bu şəxsin bir neçə dəqiqə sonra bankı qarət edəcəyini təsəvvür belə etmirdilər.
35 yaşlı bu şəxs Zaqrebdə Erste Bank-a daxil olaraq “Məndə bomba var” deyə qışqırmağa başlayıb. O maliyyə təşkilatının işçilərindən bankda olan bütün pulları ona vermələrini tələb edib.
Qarətçi 50 min kun (təqribən 7300 dollar) pulu götürdükdən sonra fərdi şəkildə bankı tərk etmiş və yaxınlıqda yerləşən taksi dayanacağına tərəf getmişdir. Taksi sürücüsü əlil arabasını qatlamaqda və yük yerinə yerləşdirmək kömək etmiş, daha sonra isə onu Bielovar şəhərinə aparmışdır.
Polislər hadisə haqqında xəbər tutduqdan sonra, taksi şirkətindən maşının koordinatlarını verməsini tələb etmiş və təyinat məntəqəsində qarətçini ələ keçirmişlər. İstintaq orqanlarının verdiyi məlumata görə, bu 35 yaşlı fiziki qüsurlu şəxsin törətdiyi ilk cinayət əməlidir.