I Qarabağ müharibəsi dövründə xəsarət alan, vaxtilə bir neçə əlillik qrupu təyin edilmiş və ya sonradan əlillik qrupu dəyişdirilmiş şəxslərə ödənişin hansı məbləğdə veriləcəyi açıqlanıb.
Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı keçirilən mətbuat konfransında məlumat verib.
O bildirib ki, həmin şəxsə ödənişlər aldığı ən yüksək əlillik dərəcəsi üzrə veriləcək.