10 C
Baku
Thursday, December 12, 2024

Əmək haqqı kütləvi şəkildə artıqda, məzuniyyət necə hesablanacaq?

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 25 avqust 1999-cu il 137№-li qərarına əsasən əmsallaşdırma aşağıdakı kimi qeyd edilir:

Məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması

QAYDASI

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 139-cu maddəsinin 2-ci hissəsində nəzərdə tutulan məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı aşağıdakı qaydada əmsallaşdırılır:

Orta aylıq əmək haqqı = (ƏN1 x Ə1 + ƏN2 x Ə2+ …) + ƏN
N

Burada ƏN1, ƏN2… -tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artırmadan əvvəlki ayrı-ayrı artım dövrələrində işçinin əmək haqqının cəmi;

ƏN-tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artımından sonrakı aylar üzrə işçinin əmək haqqının cəmi;

Ə1, Ə2…-son kütləvi artımdan sonra tarif (vəzifə) maaşının əvvəlki kütləvi artım dövrlərində tarif (vəzifə) maaşlarına olan nisbətindən alınan təshih əmsalları;

N – məzuniyyət haqqı hesablanarkən nəzərə alınan ayların sayı.

Məzuniyyət vaxtı üçün orta əmək haqqı əmsallaşdırılarkən tarif (vəzifə) maaşına faizlə (əmsalla) müəyyən edilməyən əlavələr əmsallaşdırılmır.

Qanunvericilikdə müəyyən olunmuş tarif (vəzifə) maaşları büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda kütləvi şəkildə artırıldıqda və ya təsərrüfat hesabı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif (vəzifə) maaşları kütləvi şəkildə artırıldıqda orta əmək haqqının əmsallaşdırılması hazırkı qaydada əsasən həmin müəssisə, idarə və təşkilatlarda müstəqil surətdə aparılır.

Əmsallaşdırma bütün büdcə təşkilatlarına aidir. Digər sahələrdə çalışanlara o halda aiddir ki, işçi ilə işəgötürən arasında müəssisələrin kollektiv müqaviləsində bu şərt göstərilsin.

Misal: “Suqovuşan” büdcə təşkilatının tarif vəzifə maaşları 1 fevralda 2019-cu ildən 30 faiz artıb. Aprel ayından təşkilatın Uğur adlı işçisi 2019 iş ili üçün 30 günlük əmək məzuniyyətinə çıxır. Əvvəlki illərdə onun maaşı 300 manat idi. Fevral ayında 300 * 30% = 90 manat qalxdı. 

2018-ci il        200.00 aprel

                       200.00 may

                       200.00 iyun

                       200.00 iyul

                       200.00 avqust

                       300.00 sentyabr

                       300.00 oktyabr

                       300.00 noyabr

                       300.00 dekabr

2019-cu il       300.00 yanvar

                       390.00 fevral

                       390.00 mart

Əmsal 1 = 300/200 = 1.5

Əmsal 2 = 390/300 =  1.3

Orta aylıq əmək haqqı = (200 x 1.5 x 5 + 300 x 1.3×5) + 390×2
5+5+2


200 * 1.5 * 5 = 1500

300 * 1.3 * 5 = 1950

390 * 2 = 780

1500 + 1950 + 780 = 4230 / 12 = 352,50 manat əmsallaşdırma olacaq.

352,50 / 30.4 = 11,60

11,60 * 30 (məzuniyyət müddəti) = 348 manat məzuniyyət pulu 

Bundan da vergilər aşağıdakı kimi çıxılacaq.

Özəl sahə üçün

352,50 – vergidən azadddır (7 illik müddətini 8000 manata kimi məbləğ vergidən azaddır

6 + (348 – 200) *10% = 20,80 məcburi sosial sığorta ödənişi

348,00 * 0.5 % = 1,74 işsizlikdən sığorta haqqı

Həmkarlar üzvlük haqq təşkilatın müqavilə ilə üzvlük haqqı nə qədərdirsə o qədər tutulur. Adətən 2 faiz olur.

348,00 * 2% = 6,96

20,80 + 1,74 + 6,96 =  29,50 ümumi tutqular. 348,00 – 29,50 = 318,50 işçiyə verilən məzuniyyət puludur

Büdcədə 

(348,00 – 200) * 14% = 20,72

348,00 * 3% = 10.44

348,00 * 0.5 % = 1,74 işsizlikdən sığorta haqqı

Həmkarlar üzvlük haqq təşkilatın müqavilə ilə üzvlük haqqı nə qədərdirsə o qədər tutulur. Adətən 2 faiz olur.

348,00 * 2% = 6,96

20,72 + 10,44 + 1,74 + 6,96 =  39,86 ümumi tutqular. 348,00 – 39,86 = 308,14  işçiyə verilən məzuniyyət puludur

Kütləvi artım dedikdə işçilərin 50 faizindən çoxunun əmək haqqılarının artımı nəzərdə tutulur. 

raufMüəllif
Rauf Qarayev
iqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər