12 C
Baku
Saturday, May 18, 2024

Əmək haqqının artırılmasına nail olmağa çalışırıq: təlimat

İlin sonu və yeni ilin əvvəli əməkdaşlar üçün müvəffəqiyyətli nəticələrə istinad edərək əmək haqqının artırılması barədə sual qaldırmağa yaxşı səbəbdir.ırılması məbləği isə məntiqə uyğun həddən artıq deyil. Lakin hətta bu halda çox rəhbərlər (təbiidir ki) personala olan xərcləri çoxaltmağa deyil, azaltmağa çalışırlar. Bu səbəbdən onlar tabeçiliyində olan işçilərlə əmək haqqının qaldırılmasını müzakirə edən zaman əməkdaşı çaşdırmaq üçün bir neçə tipik etiraz irəli sürürlər. Əgər siz əmək haqqının artırılması haqqında danişmağı planlaşdırırsınızsa, buna hazır olun.

Etirazlara cavab verərək bir vacib qaydanı unutmayın: hətta rəhbərin düz danışmadığı halda, onun yalanının üstünü müzakirə zamanı açmayın. Sizin vəzifəniz həqiqət uğrunda mübarizə deyil, sizin vəzifəniz ona əmək haqqının hər bir halda qaldırılmalı olacağını başa salmaqdır.

İndi isə bu etirazlara baxaq:  

 ”bizim hal hazırda pulumuz yoxdur”.

 Hətta sizin şirkətdə pulun kifayət qədər olduğunu bildiyiniz halda belə, bu fikrə etiraz etmək lazım deyil.   Söhbəti daha konkret istiqamətə yönəltsəz daha yaxşı olar:  “Bəli,  mən başa düşürəm. Əgər hal-hazırda maliyyə vəziyyəti çətindirsə, mən bu məsələnin həllinə nə vaxt ümid ola bilərəm?” Göstərilən vaxt keçdikdən sonra bu mövzuya yenidən qayıdın. Əgər müddət göstərilməyibsə (yaxud göstərilən müddətdən sonra sizə həmin cavab verilirsə), bu halda işdən çıxmaq haqqında düşünün.

”Bizdə o qədər maaşı hətta şöbə rəisi/ direktor/ və sair almırlar”.

Sizin əmək haqqının məntiqə uyğun miqdarda artırılması arzunuzu nəzərə alsaq, belə etiraz yəqin ki rəhbərin psixoloji hiyləsidir. Digər əməkdaşların əmək haqqının məbləği barədə mübahisəyə girişməyə dəyməz, bu replikaya əhəmiyyət vermədən söhbətin istiqamətini dəyişin: “Mən əmək bazarı üzrə məlumatları öyrənmişəm, və bilirəm ki mənim ixtisasımda olan mütəxəssislər şəhərdə məhz bu qədər əmək haqqı alırlar. Bu səbəbdən əmək haqqının artırılması haqqında danışmağa başladım”.

Bir tərəfdən, siz şirkətdə qəbul edilmiş qaydaya etiraz etmirsiz, digər tərəfdən bildirirsiz ki boş iş yeri axtarırsız və sizi əmək haqqını uzun müddət artırmadan saxlamağa dəyməz.

 ”Bizdə ştat cədvəli/ qreydlər sistemi/ büdcə var və biz bu çərçivədən çıxa bilmərik”.

Əksər hallarda bu həqiqətə uyğun deyil: bir qədər maliyyə “ehtiyatı” hər bir sistemdə nəzərə alınıb, və onun xərclənməsi rəhbərin qərarından asılıdır. Buna baxmayaraq, bunu bildiyiniz haqda burada da deməyə dəyməz. Sizin əmək haqqına olan artımı, büdcəyə yaxud ştat cədvəlinə yenidən baxılana qədər, müəyyən edilmiş aylıq mükafat (bölmənin gəlirlərindən) kimi tətbiq edilməsinə sadəcə təklif verin.

”Əgər sizin əmək haqqınızı qaldırsaq, digər əməkdaşlar da əmək haqlarının qaldırılmasını istəyəcəklər”.

Cavabında sizə olan artımı sirr kimi saxlayacağınıza söz verin: “Mənim əmək haqqımın artırılması haqda digər əməkdaşların bilməyəcəklərinə zəmanət verirəm. Bunu həmkarlarıma demək mənə sərf eləmir, ona görə də susacam”. Verdiyiniz vədə mütləq əməl edin, əks halda siz növbəti dəfə əmək haqqının artmasına ümid ola bilməyəcəksiniz.

Və bir də: əgər sizin hər dəfə gətirdiyiniz əsaslara baxmayaraq sizə əmək haqqının qaldırılmasında qəti rədd cavabı verirlərsə, bu, qürurla qapını çırparaq beş dəqiqədən sonra işdən çıxmaq haqda ərizə ilə geri gəlmək üçün səbəb deyil. Bu ancaq öz qarşınızda yeni məqsəd qoymaq üçün səbəbdir, ixtisasınızı əhəmiyyətli dərəcədə yüksəltmək və müvafiq olaraq bazarda öz qiymətinizi qaldırmaq, bundan sonra isə yeni iş axtarmaqdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər