2 C
Baku
Sunday, December 15, 2024

Əmək kitabçasının elektronlaşdırılması nə vaxt mümkün olacaq?

“Əmək və Məşğulluq” altsistemi vasitəsilə əmək müqavilələrinin kağız üzərində deyil, e-qaydada bağlanması, rəqəmsal kadr uçotunun tətbiqi, əmək münasibətləri zamanı kağız üzərində aparılan digər əməliyyatların rəqəmsal müstəviyə keçirilməsi təmin olunur. Əmək kitabçalarının dövriyyədən çıxarılması prosesi olduqca ağır proses olduğundan, bu, “Əmək və Məşğulluq” altsistemi üzərindən tədricən aparılacaq.

Banker.az xəbər verir ki, bunu “vergiler.az”a müsahibəsində Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili və inkişafı departamentinin müdiri Elman Sadıqov deyib.

Agentlik rəsmisi bildirib ki, hazırda fəaliyyət göstərən əmək bildirişləri altsistemində vətəndaşların əmək fəaliyyətini əks etdirən bütün məlumatlar olmadığından, həmin sistemdən miqrasiya edilmiş məlumatlar əsasında əmək kitabçalarının birdəfəlik dövriyyədən çıxarılması mümkün deyil. Vətəndaşın əvvəlki dövrlərdə olan əmək fəaliyyətləri “Əmək və Məşğulluq” altsistemi əks olunduqca əmək kitabçasının elektronlaşdırılması mümkün olacaq.

Elman Sadıqov müsahibəsində qeyd edib ki, hazırda dövlət məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması ilə bağlı ölkənin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, qeyri-formal məşğulluğa nəzarət informasiya ehtiyatı, səyyar yoxlama və monitorinq sistemi, elektron əmək birjası və yarmarkası, eləcə də ictimai işlər portalı (works.gov.az) və BACAR platforması üzrə işlər aparılır.

Son xəbərlər
Digər xəbərlər