27 C
Baku
Sunday, April 28, 2024

Əmək müqaviləsi bağlamayan tikinti şirkəti cərimələndi

“MƏNNUR TİKİNTİ” MMC-yə 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilib.

Banker.az xəbər verir ki, “MƏNNUR TİKİNTİ” MMC tərəfindən Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinin pozularaq qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb edilməsi, həmçinin fəhlənin tikinti zamanı az ağır dərəcəli bədən xəsarəti alması faktına dair Qazax rayon prokurorluğunda aparılmış yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192.1 (əmək qanunvericiliyinin pozulması) və 198.3-cü (əməyin mühafizəsi qaydalarının pozulması – zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəlləri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır.

Toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilmiş və məhkəmənin 2021-ci il 10 iyun tarixli qərarı ilə “MƏNNUR TİKİNTİ” MMC-yə 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər