8 C
Baku
Tuesday, March 19, 2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinatlar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinatlar olub.

Nazirlikdən Banker.az -a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müvafiq əmrinə əsasən, nazirliyin dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova etik müvəkkil təyin edilib. O, nazirlik sistemində etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həlli işlərini yerinə yetirəcək.

Narmin Bayramova
Nərmin Bayramova

Əmrə əsasən, həmçinin informasiyanın proaktiv formada ictimaiyyətə təqdim edilməsi və onun əldə olunmasının təşkili məqsədilə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov nazirlikdə informasiya məsələləri üzrə məsul şəxs təyin edilib.

Son xəbərlər
Digər xəbərlər