6 C
Baku
Sunday, December 15, 2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi artırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi artırılıb.

Bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmana edilən müvafiq dəyişiklikdə əksini tapıb.

“Məşğulluq haqqında” Qanuna əsasən işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi həyata keçiriləcək.

Prezident İlham Əliyevin fərmanı ilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanununun tətbiqi barədə” fərmana edilən müvafiq dəyişikliklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işaxtaran və (və ya) işsiz kimi qeydiyyata alınmış və 18 yaşı tamam olmuş əlilliyi olan şəxslərin peşə hazırlığı həmin orqanın göndərişi əsasında Fərdi Reabilitasiya Proqramına və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təmin ediləcək.

Son xəbərlər
Digər xəbərlər