Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun təsdiqlənib.
Banker.az xəbər verir ki, bunu Prezident İlham Əliyev imzalayıb.
Sənəddə deyilir,
Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 122-ci maddənin 1-ci və 3-cü hissələrinə hər iki halda ismin müvafiq hallarında “doktorantura” sözündən sonra ismin müvafiq hallarında “(adyunktura)” sözü əlavə edilsin;
1.2. 130-cu maddənin birinci hissəsinin “f” bəndinə “doktoranturada” sözündən sonra “(adyunkturada)” sözü əlavə edilsin.
Maddə 2. Azərbaycan Respublikasının Vergi Məcəlləsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. 106.1.15-ci maddədə “körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının” sözləri “məktəbəqədər təhsil müəssisələrinin” sözləri ilə əvəz edilsin;
2.2. 219.8-ci maddədə “Körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları” sözləri “Məktəbəqədər təhsil müəssisələri” sözləri ilə əvəz edilsin.
Maddə 3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 599-cu maddəsinin adında və mətnində “dövlət elektron məlumat sisteminə” sözləri “, ümumi təhsil və peşə təhsili müəssisələrinin “Şagird-məzun dövlət elektron məlumat sistemlərinə” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 aprel 2019-cu il.