Tələblər:
– Ali iqtisadi təhsil;
– Əməliyyat (bank sahəsinə təcrübəyə üstünlük verilir) üzrə 1 ilə qədər iş təcrübəsi;
– Azərbaycan və rus dillərində səlist danışıq bacarığı;
– Diqqət, çeviklik, dəqiqlik, ünsiyyət qurma və müştəri ilə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
– Hüquqi və fiziki şəxslərə hesabların açılması ;
– Müştərilərin ödəniş sənədlərinə əsasən onların hesabları üzrə əməliyyatların həyata keçirilməsi.
Şəxsi məlumatlarınızı göndərmək üçün anket formasını doldurub [email protected] ünvanına göndərə bilərsiniz. Xahiş olunur yalnız Expressbank-ın CV formasını, göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (Vəzifə) vakant olan vəzifəni qeyd etməyi unutmayın. Əks halda CV-lər qəbul edilməyəcək.
Vakansiyamıza göstərilən marağa və təqdim edilən CV-yə görə bütün namizədlərə təşəkkürümüzü bildiririk. Biz Sizin CV ilə yaxından tanış olacayıq. Vakant vəzifənin tələblərinə uyğun olduğu halda daha ətraflı müzakirə üçün Sizinlə əlaqə saxlayacayıq və müsahibəyə dəvət edəcəyik. Sizin CV bizim kadr ehtiyatı bazasında artıq saxlanılmışdır.