15 C
Baku
Friday, April 26, 2024

Əmanət bazarını nə gözləyir?

Əmanətlərin Sığortalanması Fondu mayın 19-dan etibarən banklarda yerləşdirilən, illik faiz dərəcəsi 9%-dən çox olan əmanətlərı sığortalamayacaq. Əhalinin sərəncamında 3 gün qalıb. Bu müddətdə 10%-lə sığortalanan əmanət yerləşdirə bilərlər.

Fondun addımının bazara təsirini aydınlaşdırmağa çalışaq. Fondun bu addımı təbii ki, ölkə üzrə əmanətlərin orta faiz dərəcəsinin azalmasını stimullaşdıracaq.

Ekspert Samir Əliyev bildirir ki, bu situasiyadan yararlanan iri banklar faizləri aşağı salacaqlar, kiçik banklar da məcbur olub böyük bankların ardınca gedəcəklər. Əmanətlərin ucuzlaşması da öz növbəsində, kreditlərin faiz dərəcəsinə az da olsa təsir göstərəcək. Çünki bankların kredit portfelinin təxminən yarısı əmanətlərin hesabına formalaşır və əmanətlərlə kreditlərin faiz dərəcəsində asılılıq var. Elə banklar var ki, bu göstərici 70-80% təşkil edir. Deməli, cəlb edilən resursun ucuzlaşması belə bankların kredit təklifində daha qabarıq görünəcək.

Ölkə üzrə əmanətlərin orta faiz dərəcəsi 10%-ə yaxındır. İri banklarda bu göstərici daha az – 8%-ə bərabərdir. Kiçik banklarda isə hətta 13-14%-ə çatır. Fondun bu addımından sonra orta faiz dərəcəsi bazarda böyük ehtimalla 9-9,5%-ə düşəcək.

Fondun son addımları kredit bazarında cüzi ucuzlama yaratsa da, əmanət
bazarının artım tempini zəiflədəcək. Son illərin statistik məlumatlarının təhlili əmanət qoyuluşunda artım tempində yavaşımanı göstərir. 2010-cu ildə əmanət qoyuluşu 30%, 2011-ci ildə 36%, 2012-ci ildə 24,1%, 2013-cü ildə 25,1% artıb. 2012-ci ildə Mərkəzi Bankın bankların məcmu kapitalına dair tətbiq etdiyi tələbi 10 milyondan 50 milyon manata qaldırması, onun ardınca 2013-cü ilin avqustundan etibarən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin 12%-dən 10%-ə endirilməsi əmanət bazarına mənfi təsir göstərib. Bankların taleyi ilə bağlı qeyri-müəyyənlik əmanətçiləri maksumum ehtiyatlılığa sövq edib və onları gözləmə möbqeyinə çəkib.

Baş verənlərin təhlili göstərir ki, yaxın dövrlərdə əmanət bazarında durğunluq yarana bilər. Artıq bunu şərtləndirən amillər də var. 2014-cü ildə də əmanət bazarını məhdudlaşdıran addımlar atılır. Bir tərəfdən əmanətlərin Sığortalanması Fondu sığortalanan əmanətlərin faizlərini aşağı salır. Bu, bazarda əmanət faizlərini azaldan səbəbdir. Digər tərəfdən Mərkəzi Bankın məcmu kapitala dair tələbi 2014-cü ilin sonu bitəcək. Deməli, ilin sonuna qədər bankların bağlanma təzyiqi altında olması, xüsusən də 6 bankın bağlanma prosesində olması əmanətçiləri də gərginlikdə saxlayacaq. Ölkənin 15 ən böyük bankından biri olan Bank of Azerbaijanın düşdüyü vəziyyət bank sektorunda gərginliyi daha da artırır. Təbii ki, baş verən prosesləri yaxından izləyən əhali gözləmə mövqeyinə üstünlük verəcək və prosesin aydınlaşmasını gözləyəcəklər. Üstəgəl, bu ilin sonu əmənət qoyuluşundan əldə edilən gəlirə tətbiq edilən güzəştin müddəti bitir. Məlum olduğu kimi, uzun müddət idi ki, əmanət faizlərindən vergi tutulmurdu və bu əhalinin gəlirini artırıdı. Hökumətin bu güzəşti növbəti dəfə uzatması ehtimalı azdır. Yəni «Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında» qanun qüvvədən düşdükdə 2015-ci ildən başlayaraq əmanət faizlərindən gəlir vergisi tutulacaq. Bütün bunlar əmanətlərdən qazancları azaldır və əmanət qoyuluşunun cəlbediciliyini azaldır.

Bü gün insalar var ki, böyük həcmdə vəsaiti banka yatızdırmaqla əldə edilən faizlər hesabına aylıq xərclərini qarşılayır. Faizlərin azaldılması həmin şəxslərin aylıq gəlirlərini azaldacaq. Üstəgəl bəzi bankların bağlanması təhlükəsi vətəndaşları banka yatırılan əmanətin həcmini 30 min manat həddində limitləşdirməyə və ya pullarını az faiz təklif edən banklara transfer etməyə vadar edir. Hətta daha ehtiyatlı əmanətçilər pullarını müvəqqəti də olsa bank sektorundan sistemində geri çəkməyə üstünlük verir.

Bütün bunlar bankların gələcəkdə kredit vermək üçün əsas resurlarını məhdudlaşdıra bilər. Bu isə kredit bazarına mənfi təsir göstərə bilər.
Fikrimcə, hökumətin əmanət bazarının mövcud artım tempini saxlamaq üçün bir sıra addımları atması məqsədəuyğun olardı:

– ölkədə mövcud makroiqtisadi sabitlik qorunur və illik inflyasiya səviyyəsinin 2-3% həddini ötməsinə imkan verilmir;

– Milli valyutanın sabitliyi qorunur, kəskin ucuzlaşmasına yol verilmir;

– Sığortalanan əmanətlərə görə verilməsi nəzərdə tutulan kompensasiyanın həddi ən azı 50 min manata çatdırırlır;

– Banklar tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi qərarı daha 3 il müddətinə uzadılır;

– Bankların xarici bazarlara çıxış imkanları genişləndirilir.

Yeri gəlmişkən, əmanətçilər üçün bank sektoruna marağın getdikcə azalması onları yeni istiqamətlər axtarmağa sövq edəcək. Hazırda bu istiqamətə axın başlayıb. Bu barədə növbəti yazıda…

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər