Qızılın qiyməti 18 martdan bəri ilk dəfə 4 900 dolları ötüb

“Comex” birjasının məlumatlarına görə, qızıl fyuçerslərinin qiyməti 2026-cı il martın 18-dən bəri ilk dəfə bir troya unsiyası üçün 4 900 dollar səviyyəsini keçib.

Bakı vaxtı ilə saat 17:10-a olan məlumata görə, qızılın qiyməti 1,91% artaraq troya unsiyası üçün 4 900,2 dollara çatıb. Saat 17:18-ə isə fyuçersin artım tempi zəifləyib və 4 894,3 dollar səviyyəsində olub (+1,79%).

Son xəbərlər
Digər xəbərlər