“Çox qısa zamanda AtaBank və Amrahbank-ın əmanətçiləri öz əmanətlərinə çıxış imkanı qazanacaqlar”.
Banker.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri bildirib.
“AtaBank və Amrahbank-dakı əmanətlərin kompensasiya ölkədəki stabil banklardan birinə köçürüləcəkdir. Əmanətçilər istəsələr əmanətini həmin bankda saxlaya və ya götürə bilərlər”,- Elman Rüstəmov deyib.
Xəbər verdiyimiz kimi, məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdardan az olduğuna, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 28 aprel 2020-ci il tarixindən etibarən ləğv edilmiş və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur.
Mərkəzi Bank bildirir ki, “Atabank” ASC və “Amrah Bank” ASC Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən tam ödəniləcəkdir. Fondun vəsaiti çatmasa mövcud qanunvericiliyə uyğun olaraq çatışmayan məbləğ üzrə Mərkəzi Bank tərəfindən kredit ayrılacaqdır.