2026-cı ilin birinci rübündə Azərbaycanda əhalinin nağd avro tələbi kəskin azalıb.
Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın göstəricilərində qeyd edilir.
Belə ki, ilk rübdə əhali banklardan 30.08 milyon avro alıblar. Bu 2025-ci ilin eyni dövründəki 50.144 milyon avrodan 40% aşağıdır.
Əhalinin banklara satdığı avro isə cari ilin ilk üç ayında 24.84 milyon avro olmaqla illik müqayisədə 53% az olub. Ötən ilin birinci rübündə banklar əhalidən 52.98 mln. avro götürmüşdülər.
Eyni müddətdə ingilis funt-sterlinqinin əhaliyə satınışını 12% azaldaraq 4.69 mln. funta, əhalidən alışı isə 31% azaldaraq 1,41 mln. funda endiriblər.
Son bir ildə əhali tərəfindən banklara nağd $606 mln. axın olub






