25 C
Baku
Saturday, April 20, 2024

Əmanətlər üzrə kompensasiya ödənişində faiz gəliri də hesablanır?

BANKER.AZ/ Son günlərdə Azərbaycanda iki bank – “Ata Bank” ASC və “Amrahbank” ASC-nin lisenziyasının geri çağrılmasından sonra əmanətçilər üçün də sual yaranır: Əmanətlərimiz necə və hansı qaydada ödəniləcək?

Əvvəla Əmanətlərin Sığortalanması Fondu (ƏSF və ya ADIF) barədə “Əmanətlərin sığortalanması haqqında” qanundakı funkusiyası, səlahiyyəti və öhdəlikləri barədə məlumat vermək istərdik.

ADIF –  əmanətlərin sığortalanması və sığorta hadisəsi olduqda fiziki şəxslərə kompensasiyanı təmin edən hüquqi şəxsdir, qeyri-kommersiya təşkilatıdır. Fond, iştirakçı bankların üzvlik haqqı, təqvim haqqı və əlavə haqların hesabına gəlirlərini formalaşdırır. Fondda sığorta hadisəsinə görə kompensasiya ödənişi üçün vəsait çatışmamazlığı yaranarsa Azərbaycan Mərkəzi Bankı və dövlətdən kreditlə vəsait cəlb etmə imkanı vardır.

Sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir.

Əmanətçilərin hüquqları

Əmanətçinin qanunla aşağıdakı hüququ vardır:

  • Fondun iştirakçısı olması, əmanətlərin sığortalanması şərtləri, kompensasiya ödənilməsinin şərtləri və qaydaları barədə yazılı və şifahi sorğu ilə banka müraciət etmək və ondan yazılı məlumat almaq;
  • bankın Fondun iştirakçısı olması, əmanətlərin sığortalanması şərtləri, kompensasiyaların ödənilməsi şərtləri və qaydaları barədə yazılı və şifahi sorğu ilə Fonda müraciət etmək və ondan yazılı məlumat almaq;
  • iştirakçı bankın əmanətlər üzrə qanun və ya müqavilə şərtləri ilə öhdəliklərini yerinə yetirməməsi faktları barədə Fonda məlumat vermək;
  • anuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq.
  • Qorunan əmanətçi Fonddan aldığı kompensasiya ilə əmanəti arasındakı fərq məbləğində qanunvericiliyə müvafiq qaydada banka qarşı tələb irəli sürə bilər.

Bank bağlanmaqla sığorta hadisəsi baş verərsə, sığortalanan əmanətlərə necə kompensasiya ödənilir?

  • Bank bağlandıqda, milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir.
  • Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə — yəni əmanət faizi əsas məbləğlə bərabər ödənilir, bu şərtlə ki, kompensasiya əmanətin 100%-i və həcmi 30 000 manatdan artıq olmasın. Lakin, ölkədə maliyyə sabitliyinin qorunmasına görə “Əmanətlərin tam sığortalanması” qanunu 2016-ci ildən tətbiq edilir. Bu qanuna görə, əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində (10%-dən çox olmayan) olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan Fondun iştirakçı bankları tərəfindən 2020-ci il dekabrın 4-dək tam sığortalanır.
  • Bir əmanətçinin bir bankda, o cümlədən bankın yerli filiallarında və şöbələrində bir neçə əmanəti olduqda, yaxud həm milli, həm də xarici valyutada əmanətləri olduqda, onlar toplanır və bir əmanət kimi manatla kompensasiya olunur.
  • Sığorta hadisəsi əmanətçinin əmanəti olan bir neçə iştirakçı bankda baş verdikdə, kompensasiya hər bir bankda olan əmanət üzrə ayrı-ayrılıqda ödənilir.
  • Bankda birgə əmanət hesabı olan əmanətlərə bir əmanət kimi baxılır və kompensasiya bu qanunun müəyyən edilən məbləğdən çox olmamaq şərti ilə birgə əmanət hesabının sahiblərinə bərabər və ya onların öz aralarında müəyyən etdikləri nisbətdə ödənilir.
  • Birgə əmanət hesabı olan əmanətçinin həmin bankda digər əmanəti olduqda, birgə əmanət üzrə ona məxsus olan hissə və digər əmanəti toplanır və bir əmanət kimi kompensasiya ödənilir.
  • 18 yaşı tamam olmamış övladının adına əmanət hesabı üzərində sərəncam vermək hüququ qanunvericiliyə uyğun olaraq valideynə və ya övladlığa götürənə məxsus olduqda, kompensasiya onlara ödənilir. Bu zaman valideynin və ya övladlığa götürənin həmin bankda əmanəti olduqda, bu əmanət üzrə ayrıca kompensasiya ödənilir.
  • Əmanət üzrə sərəncam vermək hüququ qanunvericiliyə uyğun olaraq qəyyuma və ya himayəçiyə, yaxud müqaviləyə və ya etibarnaməyə müvafiq olaraq üçüncü şəxsə məxsus olduqda, kompensasiya həmin şəxsə ödənilir. Bu zaman qəyyumun və ya himayəçinin həmin bankda əmanəti olduqda, bu əmanət üzrə ayrıca kompensasiya ödənilir.
  • İştirakçı banklar birləşmə və ya qoşulma şəklində yenidən təşkil olunduqda əmanətçinin varis banka keçmiş hər bir əmanətinə müqavilə müddəti qurtaranadək ayrıca əmanət kimi baxılır və ayrı-ayrılıqda kompensasiya ödənilir.
  • Kompensasiya ödənilməsi haqqında elanın ilk dəfə dərc olunduğu günə müddəti qurtarmamış əmanətlərin müddəti başa çatmış hesab olunur.
  • Fond kompensasiyanın ödənilməsi üçün səhv və ya yanlış məlumatlar təqdim etmiş, yaxud qanunsuz olaraq kompensasiya alınması üçün müraciət etmiş şəxslərə kompensasiya ödəməkdən imtina edir və ya ödənilmiş məbləğin geri qaytarılmasını tələb edir. Bu tələb ödənilmədikdə, Fond qanunvericiliyə müvafiq qaydada tədbirlər görür.
  • Kompensasiyaların ödənilməsi üçün Fond öz adından və öz hesabına banklarla agent müqavilələri bağlaya bilər.
  • İştirakçı bankın bank lisenziyasının ləğv edildiyi və ya fiziki şəxslərdən əmanətləri cəlb etmək hüququnun maliyyə bazarlarına nəzarət orqanı tərəfindən dayandırıldığı gündən sonra qəbul edilən əmanətlər üzrə kompensasiya ödənilmir.
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər