21 fevral 2023-cü il saat 10:00-da “Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanı”nda Əmanətlərin Sığortalanması Fondunun balansındakı daşınar əmlaklar açıq hərraca çıxarılacaq.
Banker.az xəbər verir ki, daşınar əmlak Toyota Camry minik və BMW 760LI minik nəqliyyat vasitəsidir.
Qeyd edək ki, Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 5 gün qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər.
S/N | Balanssaxlayıcı müəssisənin adı | Əlaqəli şəxs | Nəqliyyat vasitəsinin markası | Buraxılış ili | Start qiyməti | Ödəniləcək 10% beh (manatla) | İştirak haqqı (manatla) |
1 | Əmanətlərin Sığortalanması Fondu | Elvin Qorçiyev 055-200-51-06 | Toyota Camry minik | 2007 | 11050 | 1105 | 110.5 |
2 | “Dəmirbank” ASC | Elvin Qorçiyev 055-200-51-06 | BMW 760LI minik | 2013 | 50000 | 5000 | 500 |