®10 may 2023-cü il tarixində Əmanətlərin Sığortalanması Fondunda müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir. İlk öncə Azərbaycan Respublikasının Dövlət himni səslənmiş, ardınca isə Ümumilli lider və vətən uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın ruhları 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirin gedişatında ƏSF-nin İcraçı direktoru Tural Piriyev və Fond rəsmiləri ölkəmizin əldə etdiyi bütün nailiyyətlərin təməlində Ulu Öndər, Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində müəyyənləşdirilən hərtərəfli inkişaf strategiyasının dayandığını vurğulamışlar. Sonda, Ulu Öndər Heydər Əliyevə həsr olunan videoçarx nümayiş etdirilmişdir.