2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın düyü idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə fiziki həcm baxımından 22% azalaraq 38 min 807,9 tondan 30 min 354,7 tona düşüb.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə xaricdən gətirilən düyünün statistik dəyəri də 25% azalaraq 36 milyon 482,3 min dollardan 27 milyon 368,7 min dollara enib.
Azərbaycana gətirilən düyünün orta statistik idxal qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, hesabat dövründə düyünün 1 tonunun orta idxal dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1% düşərək 940,07 dollardan 901,63 dollara enib.







