6 C
Baku
Sunday, December 15, 2024

“Əmanətlərin sığortalanması haqqında” haqqında qanun (226-IIIQ)

Əmanətlərin sığortalanması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

 

Bu qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir.

 

I fəsil

Ümumi müddəalar

 

Maddə 1. Əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi [2]

 

Əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Ələt azad iqtisadi zonasında əmanətlərin sığortalanması sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. [3]

 

Maddə 2. Əsas anlayışlar

 

2.1. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. əmanət – hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir, o cümlədən notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləridir; [4]

2.1.2. qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir:

2.1.2.1. adsız borc qiymətli kağızlarının (adsız depozit sertifikatlarının) yerləşdirilməsi yolu ilə cəlb edilmiş pul vəsaitləri;

2.1.2.2. bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər;

2.1.2.3. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər; [5]

2.1.2.4. cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər;

2.1.2.5. üzərinə həbs qoyulmuş əmanətlər;

2.1.2.6. cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər; [6] KMQ1

2.1.2.7. fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 (iyirmi) min manatdan yuxarı pul vəsaitləri; [7]

2.1.2.8. fiziki şəxslərin bankın vəkalətli idarəetməsində olan pul vəsaitləri;

2.1.2.9. ödəniş müddətlərinin başa çatıb-çatmamasından asılı olmayaraq, əmanətçinin banka olan borcunun əsas məbləği və faizləri həcmində əmanəti;

2.1.2.10. bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər. [8]

2.1.3. Sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir.

2.1.4. Əmanətçi – bankda əmanəti olan, habelə qanunvericiliyə və/və ya müqaviləyə əsasən əmanətə sərəncam vermək hüququ olan şəxsdir.

2.1.5. Qorunan əmanətçi – aşağıdakılar istisna olunmaqla, bankda əmanəti olan fiziki şəxsdir:

2.1.5.1. bankın Müşahidə Şurasının, Audit Komitəsinin, idarə heyətinin üzvləri və onların yaxın qohumları (ər/arvad, onların valideynləri və övladları, o cümlədən övladlığa götürülənlər, bacı və qardaşları);

2.1.5-1. Maliyyə bazarlarına nəzarət orqanı – maliyyə bazarlarında tənzimlənmə və nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum. [9]

2.1.5.2. bankın 10 faiz və daha çox səsvermə hüququ verən səhmlərinə malik olan şəxslər və onların yaxın qohumları (ər/arvad, onların valideynləri və övladları, o cümlədən övladlığa götürülənlər, bacı və qardaşları);

2.1.5.3. kompensasiyaların ödənilməsi barədə elanın ilk dəfə dərc edildiyi tarixdən əvvəlki təqvim ili ərzində bankın auditini keçirmiş kənar auditorlar.

2.1.6. İştirakçı bank – bu qanunla müəyyən edilmiş qaydada Fonda sığorta haqları ödəmək öhdəlikləri daşıyan bank və ya xarici bankın yerli filialıdır.

2.1.7. Birgə əmanət hesabı – iki və ya daha çox fiziki şəxsin sahibliyində olan və onlardan birinin və ya bir neçəsinin imzası ilə sərəncam verilə bilən bank hesabıdır.

2.1.8. Sığorta haqları – bu qanunla müəyyən edilmiş qaydada iştirakçı bankın Fonda ödədiyi üzvlük, təqvim və əlavə haqlardır.

2.1.9. Sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir. [10]

2.1.10. Sığorta hadisəsinin baş verdiyi gün – bu qanuna müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən Fonda göndərilən bildirişdə sığorta hadisəsinin baş verməsi günü kimi qeyd olunan tarixdir. [11]

2.1.11. Kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir.

 

II fəsil

Əmanətlərin Sığortalanması Fondu

 

Maddə 3. Əmanətlərin Sığortalanması Fondunun hüquqi statusu

 

3.1. Əmanətlərin sığortalanması məqsədləri üçün bu qanunla Əmanətlərin Sığortalanması Fondu yaradılır.

3.2. Fondun sığorta ehtiyatları bu qanunun 11-ci maddəsində müəyyən olunan mənbələr hesabına formalaşdırılır.

3.3. Fond hüquqi şəxsdir, qeyri-kommersiya təşkilatıdır və öz əmlakının mülkiyyətçisidir. O, üzərində öz adı olan möhürə, habelə Azərbaycan Respublikasının Mərkəzi Bankında (bundan sonra – Mərkəzi Bank) və bu qanunla müəyyən olunmuş qaydada digər banklarda hesablara malikdir. Fondun əsas məqsədi mənfəət götürmək deyil və onun fəaliyyəti nəticəsində əldə etdiyi bütün mənfəət sığorta ehtiyatlarının artırılmasına yönəldilir. [12]

3.4. Dövlət, maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bank Fondun öhdəlikləri üzrə, Fond isə dövlətin, maliyyə bazarlarına nəzarət orqanın və Mərkəzi Bankın öhdəlikləri üzrə məsuliyyət daşımır. [13]

3.5. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasına, bu qanuna, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və Fondun qaydalarına əsaslanır. Fondun qaydaları bu qanunla müəyyən edilmiş səlahiyyətli idarəetmə orqanı tərəfindən qəbul edilir və bütün iştirakçı banklar üçün məcburi xarakter daşıyır.

Sığorta qanunvericiliyinin müddəaları Fondun fəaliyyətinə şamil edilmir və bu fəaliyyət üçün xüsusi razılıq (lisenziya) tələb olunmur.

3.6. Fiziki şəxslərin əmanətlərinin cəlb edilməsi üçün bank lisenziyasına malik olan bütün banklar və xarici bankların yerli filialları Fondun məcburi iştirakçılarıdır. İştirakçı bankların Azərbaycan Respublikası ərazisindən kənarda yerləşən filiallarındakı əmanətlər Fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir.

3.7. Xarici bankın öz ölkəsindəki əmanətlərin (depozitlərin) sığorta sistemi onun Azərbaycan Respublikasında fəaliyyət göstərən filialını (filiallarını) əhatə etdikdə, xarici bankın yerli filialındakı əmanətlər Fond tərəfindən sığorta olunmur, bu şərtlə ki, həmin ölkədə əmanətlərin sığortalanması sisteminin qaydaları bu qanunla müəyyən olunmuş şərtlərdən az əlverişli olmasın. Əks təqdirdə xarici bankın yerli filialındakı əmanətlər bu qanunla müəyyən edilmiş qaydada əlavə sığortalanmalıdır.

3.8. Fond öz gəlirləri, iştirakçı banklar isə Fonda ödədikləri sığorta haqları üzrə Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş güzəştlərdən istifadə edir.

3.9. Fond Bakı şəhərində yerləşir.

 

Maddə 4. Fondun funksiyaları

 

4.1. Fond aşağıdakı funksiyaları həyata keçirir:

4.1.1. iştirakçı bankların reyestrini tərtib edir və onlara şəhadətnamələr verir;

4.1.2. sığorta haqlarını yığır və onların uçotunu aparır;

4.1.3. öz əmlakını idarə edir və ona dair sərəncam verir;

4.1.4. sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparır və kompensasiya ödəyir;

4.1.5. Fondun funksiyalarının yerinə yetirilməsi üçün iştirakçı banklardan bu qanunla müəyyən edilmiş lazımi məlumatı (o cümlədən, əmanət siyasəti haqqında) və hesabatları alır;

4.1.6. bu qanuna müvafiq olaraq Fondun qaydalarını qəbul edir;

4.1.7. öhdəliklərini yerinə yetirmək üçün vəsaiti çatışmadıqda, maliyyə bazarlarından, Mərkəzi Bankdan və ya Azərbaycan hökumətindən borc vəsaitləri cəlb edir;

4.1.8. öhdəlikləri üzrə kompensasiya ödədikdə, həmin məbləği reqress qaydasında iştirakçı bankdan tələb edir;

4.1.9. iştirakçı banklardan sığorta haqları üzrə borcun və hesablanmış dəbbə pulunun ödənilməsini tələb edir və bu barədə maliyyə bazarlarına nəzarət orqanıda məlumat verir;

4.1.10. əmanətlərin sığortalanması sisteminin fəaliyyətini təmin edən digər funksiyaları həyata keçirir.

 

Maddə 5. Fondun idarəetmə orqanları

 

Fond ali idarəetmə orqanı olan Himayəçilik Şurası və icra orqanı olan İcraçı Direktor tərəfindən idarə olunur.

 

Maddə 6. Fondun Himayəçilik Şurası

 

6.1. Fondun Himayəçilik Şurası yeddi nəfərdən ibarətdir.

6.2. Himayəçilik Şurasının tərkibinə maliyyə bazarlarına nəzarət orqanının bir nümayəndəsi, Mərkəzi Bankın bir nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının üç nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların iki nümayəndəsi daxildir. [14]

6.3. İştirakçı bankların nümayəndələri onların yarısından çoxunun iştirakı ilə maliyyə bazarlarına nəzarət orqanın təşəbbüsü əsasında keçirilən yığıncaqda gizli səsvermə qaydasında iştirakçıların sadə səs çoxluğu ilə seçilir. Yığıncağın keçirilməsi barədə iştirakçı banklara 15 gün əvvəldən yazılı bildiriş göndərilir.

6.4. Bu qanunun 6.2-ci və 6.3-cü maddələrində müəyyən edilmiş qaydada Himayəçilik Şurasının üzvünü əvəz edə bilən əlavə üzvlər müəyyən edilir. Həmin şəxslər Himayəçilik Şurasının əsas heyət üzvləri iclaslarda iştirak edə bilmədikdə, onların səlahiyyətlərini icra edirlər.

6.5. Himayəçilik Şurasının üzvləri ali iqtisadi və ya hüquqi təhsilə və maliyyə-bank sistemində ən azı iki illik iş təcrübəsinə malik olan, mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində, qulluq mənafeyi əleyhinə, habelə ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmayan şəxslər ola bilərlər.

6.6. Himayəçilik Şurası üzvlərinin səlahiyyət müddəti beş ildir və onlar təkrar müddətə təyin edilə bilərlər.

6.7. Himayəçilik Şurasına sədr rəhbərlik edir. Himayəçilik Şurasının sədri və onun müavini maliyyə bazarlarına nəzarət orqanın təqdimatı ilə Himayəçilik Şurası tərəfindən şuranın üzvləri sırasından təyin edilir. Şuranın sədri olmadıqda, onun səlahiyyətlərini müavini icra edir.

6.8. Himayəçilik Şurasının üzvlərinə Fondun idarə edilməsində iştirakına görə haqq ödənilmir.

6.9. Himayəçilik Şurası üzvünün səlahiyyətlərinə aşağıdakı hallarda xitam verilə bilər:

6.9.1. istefa ərizəsi verildikdə;

6.9.2. səlahiyyət müddəti başa çatdıqda;

6.9.3. geri çağırıldıqda;

6.9.4. məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarı olduqda;

6.9.5. namizədliyini təqdim etmiş təşkilatda tutduğu vəzifədən azad olunduqda;

6.9.6. nümayəndəsi olduğu bank Fondun iştirakçıları sırasından çıxarıldıqda.

6.10. Himayəçilik Şurası üzvünün səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə, onun yerinə təyin edilmiş üzvün səlahiyyət müddəti əvəz etdiyi üzvün səlahiyyət müddətinin bitdiyi vaxt başa çatır.

 

Maddə 7. Fondun Himayəçilik Şurasının iclasları

 

7.1. Himayəçilik Şurasının növbəti və növbədənkənar iclasları keçirilir. Növbəti iclaslar rübdə bir dəfədən az olmayaraq növbədənkənar iclaslar isə şura sədrinin, şuranın ən azı iki üzvünün, icraçı direktorun və ya maliyyə bazarlarına nəzarət orqanının tələbi ilə çağırıla bilər. Himayəçilik Şurasının üzvlərinə, bir qayda olaraq, iclasların keçirilməsinə azı 3 gün qalmış yazılı bildiriş göndərilir. [15]

7.2. Şuranın növbədənkənar iclası aşağıdakı hallarda çağırılır:

7.2.1. iştirakçı bankda sığorta hadisəsinin baş verməsi barədə maliyyə bazarlarına nəzarət orqanın yazılı bildirişi alındıqda;

7.2.2. bir və ya bir neçə bankda sığorta hadisəsinin baş verməsi ehtimalının yaranması haqqında maliyyə bazarlarına nəzarət orqanın yazılı bildirişi alındıqda;

7.2.3. borc vəsaitlərinin alınmasına ehtiyac yarandıqda;

7.2.4. Fondun vəsaitləri yerləşdirilmiş dövlət öz öhdəliklərini icra edə bilmədiyini rəsmən bəyan etdikdə;

7.2.5. digər təxirəsalınmaz hallarda.

7.3. Fondun Himayəçilik Şurası onun iclasında beş üzvü iştirak etdikdə səlahiyyətli hesab edilir.

7.4. Fondun Himayəçilik Şurasının qərarları iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, şuranın sədri həlledici səsə malikdir və bu halda bitərəf qala bilməz.

7.5. Fondun Himayəçilik Şurasının iclaslarında məşvərətçi səs hüququ ilə dəvət olunmuş ekspertlər iştirak edə bilər.

7.6. Fondun Himayəçilik Şurasının qərarları protokolla rəsmiləşdirilir. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır.

 

Maddə 8. Fondun Himayəçilik Şurasının səlahiyyətləri

 

8.1. Fondun Himayəçilik Şurası:

8.1.1. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, Fondun təşkilati strukturunu təsdiq edir; [16]

8.1.2. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, Fondun illik büdcəsini və ona edilən dəyişiklikləri təsdiq edir;

8.1.3. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, Fondun işçilərinin əməkhaqqının ödənilməsi formalarını və miqdarını təsdiq edir;

8.1.4. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, Fondun qaydalarını təsdiq edir;

8.1.5. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, kompensasiyaların ödənilməsi, habelə kompensasiya ödənişinin bu qanunla müəyyən edilmiş müddətə uzadılması barədə qərar qəbul edir; [17]

8.1.6. Fondun fəaliyyəti, o cümlədən kompensasiyaların ödənilməsi barədə məlumatın elan verildiyi və dərc olunduğu media subyektlərini müəyyən edir; [18]

8.1.7. borc vəsaitlərinin alınması barədə qərar qəbul edir;

8.1.8. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, iştirakçı banklar tərəfindən əlavə haqların ödənilməsi barədə qərar qəbul edir; [19]

8.1.9. bu qanunun 3.7-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, xarici bankın yerli filialı tərəfindən ödənilməli sığorta haqlarının miqdarını və ödəniş şərtlərini təsdiq edir; [20]

8.1.10. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, Fondun vəsaitinin yerləşdirilməsi üsullarını, istiqamətlərini və qaydalarını müəyyən edir;

8.1.11. Fondun fəaliyyəti haqqında hesabatın tərtib olunması qaydalarını təsdiq edir;

8.1.12. Fondun Daxili Audit Xidmətinin fəaliyyət qaydalarını müəyyən edir;

8.1.13. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, Fondun kənar auditorunu təyin edir və audit yoxlamasının nəticələrini təsdiq edir;

8.1.14. Fondun icraçı direktorunun hesabatını dinləyir və təsdiq edir;

8.1.15. Fondun icraçı direktorunun və əməkdaşlarının fəaliyyəti ilə bağlı şikayətlərə baxır;

8.1.16. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, Fondun uzunmüddətli borc qiymətli kağızlarının buraxılması haqqında qərar qəbul edir;

8.1.17. Fondun iştirakçı bankda müvəqqəti inzibatçı və ya ləğvedici təyin edilməsi ilə əlaqədar maliyyə bazarlarına nəzarət orqanın təklifinə baxır və onu qəbul etdikdə, Fondu təmsil edən şəxslərin namizədliyini irəli sürür;

8.1.18. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, kompensasiyaların ödənilməsi üçün agent bankı seçir;

8.1.19. əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi haqqında təkliflər verir;

8.1.20. qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir; [21]

8.1.21. bu qanunla Fondun və onun Himayəçilik Şurasının səlahiyyətlərinə aid olan digər məsələləri həll edir.

8.2. Himayəçilik Şurası Fondun fəaliyyəti ilə bağlı Fondun icraçı direktorunun səlahiyyətlərinə aid olmayan məsələlərə də baxa bilər.

8.3. Bu maddənin birinci bəndində nəzərdə tutulmuş səlahiyyətlər Himayəçilik Şurası tərəfindən Fondun icraçı direktoruna həvalə edilə bilməz.

 

Maddə 9. Fondun icraçı direktoru

 

9.1. Fondun icraçı direktoru və onun müavini (müavinləri) müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir. İcraçı direktorun və müavinin (müavinlərin) səlahiyyət müddəti beş ildir və onlar təkrar müddətə təyin edilə bilərlər. [22]

9.2. Fondun icraçı direktoru ali iqtisadi və ya hüquqi təhsilə və müvafiq peşə ixtisası üzrə ən azı beş illik iş təcrübəsinə malik olan, mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində, qulluq mənafeyi əleyhinə, habelə ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmayan Azərbaycan Respublikasının vətəndaşı ola bilər.

 

Maddə 10. Fondun icraçı direktorunun səlahiyyətləri

 

10.1. Fondun icraçı direktoru:

10.1.1. Fondun Himayəçilik Şurasının qərarlarının yerinə yetirilməsini təmin edir və Fondun cari fəaliyyətinə rəhbərlik edir;

10.1.2. Fondu ölkə daxilində və xaricdə digər şəxslərlə münasibətdə etibarnaməsiz təmsil edir;

10.1.3. Fondun büdcə layihəsini hazırlayır və təsdiq olunmaq üçün Himayəçilik Şurasına təqdim edir;

10.1.4. Fondun Himayəçilik Şurasının növbəti və növbədənkənar iclaslarının çağırılmasını təmin edir;

10.1.5. Fondun işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və tənbeh tədbirləri tətbiq edir;

10.1.6. Fondun sığorta ehtiyatlarının idarə edilməsinə dair təkliflər hazırlayıb Himayəçilik Şurasına təqdim edir;

10.1.7. Fondun fəaliyyəti haqqında rüblük və illik hesabatlar hazırlayıb Himayəçilik Şurasına təqdim edir;

10.1.8. Fondun kənar auditinin keçirilməsi və auditorun namizədliyinə dair Himayəçilik Şurasına təkliflər verir;

10.1.9. maliyyə bazarlarına nəzarət orqanın yazılı bildirişinə əsasən bankın Fondun iştirakçıları sırasından çıxarılması barədə qərar layihəsi hazırlayıb Himayəçilik Şurasına təqdim edir;

10.1.10. kompensasiyaların ödənilməsi üçün vəsait çatışmadıqda və ya belə halın baş verməsi ehtimalı yarandıqda Fondun Himayəçilik Şurasına məlumat verir;

10.1.11. Fondun qaydalarının layihələrini hazırlayıb təsdiq olunmaq üçün Himayəçilik Şurasına təqdim edir;

10.1.12. iştirakçı banklar tərəfindən Fonda təqdim edilən hesabatların formalarının və onların təqdim olunma qaydalarının layihəsini hazırlayır və təsdiq olunmaq üçün Himayəçilik Şurasına təqdim edir;

10.1.13. bu qanunu, Fondun qaydalarını və ya Fondun Himayəçilik Şurasının qərarını pozan iştirakçı banklar barəsində maliyyə bazarlarına nəzarət orqana məlumat verir;

10.1.14. Fondun Himayəçilik Şurasının iclaslarında məşvərətçi səslə iştirak edir;

10.1.15. Fondun Himayəçilik Şurasının qərarı ilə ona həvalə olunmuş digər səlahiyyətləri həyata keçirir.

10.2. İcraçı direktorun səlahiyyətlərinə aşağıdakı hallarda xitam verilə bilər:

10.2.1. istefa ərizəsi verdikdə;

10.2.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

10.2.3. səlahiyyət müddəti başa çatdıqda;

10.2.4. qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

 

Maddə 11. Fondun sığorta ehtiyatları

 

11.1. Fondun sığorta ehtiyatları aşağıdakı mənbələr hesabına formalaşır:

11.1.1. iştirakçı bankların üzvlük haqları;

11.1.2. iştirakçı bankların təqvim haqları;

11.1.3. iştirakçı bankların əlavə haqları;

11.1.4. Fondun buraxdığı uzunmüddətli borc öhdəlikləri hesabına cəlb olunan vəsait;

11.1.5. iştirakçı banklar tərəfindən ödənilən dəbbə pulları;

11.1.6. cari xərclər çıxılmaqla, Fondun vəsaitinin idarə olunması nəticəsində əldə edilmiş gəlir;

11.1.7. qrant, ianələr və ya qanunvericilikdə qadağan edilməmiş digər mənbələrdən daxil olan vəsaitlər;

11.1.8. kompensasiyaların ödənilməsi üçün çatışmayan məbləğdə alınmış borc vəsaitləri;

11.1.9. reqress qaydasında tələb hüququ ilə bankdan və ya xarici bankın yerli filialından alınan vəsaitlər.

 

Maddə 12. İştirakçı bankların üzvlük haqları

 

12.1. İştirakçı banklar Fondun reyestrinə daxil olduqdan sonra 10 təqvim günü müddətində Fondun Mərkəzi Bankda olan hesabına 10 (on) min manat məbləğində birdəfəlik üzvlük haqqı ödəyirlər.

12.2. üzvlük haqqını ödəmiş iştirakçı banklar birləşmə və ya qoşulma şəklində yenidən təşkil olunduqda, yaxud fiziki şəxslərdən əmanətlərin cəlb edilməsi hüququ maliyyə bazarlarına nəzarət orqanı tərəfindən bərpa edildikdə, üzvlük haqqı ödəmədən iştirakçı bankların bu qanunla müəyyən olunmuş hüquq və vəzifələrini əldə edir.

 

Maddə 13. İştirakçı bankların təqvim haqları

 

13.1. Təqvim haqları bankın Fondun iştirakçı bankların reyestrinə daxil edildiyi gündən bank lisenziyasının ləğv edildiyi günədək ödənilir.

13.2. İştirakçı bankın əmanətləri cəlb etmək hüququ maliyyə bazarlarına nəzarət orqanı tərəfindən dayandırıldıqda, bank qorunan əmanətlər üzrə öhdəliklərini tam icra edənədək Fonda təqvim haqları ödəyir.

13.3. Təqvim haqlarının hesablanması üçün ilk hesabat dövrü bankın Fondun iştirakçı banklarının reyestrinə daxil olunduğu rübün birinci günündən başlanır və həmin rübün son gününədək davam edir.

13.4. Təqvim haqları iştirakçı bankların Fondun reyestrinə daxil olunduğu gündən başlayaraq, birinci ildə qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,15 faizi, sonrakı illərdə isə 0,125 faizi həcmində ödənilir.

13.5. Təqvim haqları hər rüb qurtardıqdan sonra 10 təqvim günü ərzində Fondun Mərkəzi Bankda olan hesablarına köçürülür.

13.6. Təqvim haqları əmanətlərin valyutasında ödənilir. Bu əmanətlər ABŞ dolları və ya avroda olmadıqda, təqvim haqları bu valyutaların biri ilə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir.

13.7. Fondun sığorta ehtiyatları qorunan əmanətlərin 5 faizinə çatdıqda, Himayəçilik Şurası iştirakçı banklar tərəfindən ödənilən təqvim haqlarının azaldılması və ya təqvim haqlarının ödənilməsinin dayandırılması barədə qərar qəbul edə bilər.

 

Maddə 14. İştirakçı bankların əlavə haqları

 

14.1. Bu Qanunda nəzərdə tutulmuş hallarda Fond tərəfindən borc vəsaitləri cəlb edildikdə, iştirakçı banklar Fondun öhdəlikləri tam yerinə yetirilənədək, təqvim haqları ilə yanaşı əlavə haqlar ödəyirlər. Əlavə haqlar Fondun götürdüyü borcun məbləğindən və qaytarılması şərtlərindən asılı olaraq, lakin qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,1 faizi həcmindən çox olmamaq şərti ilə ödənilir. [23]

14.2. Əlavə haqların hesablanması və ödənilməsi qaydaları Himayəçilik Şurasının qərarı ilə təsdiq edilir.

14.3. İştirakçı bankın əmanətləri cəlb etmək hüququ maliyyə bazarlarına nəzarət orqanı tərəfindən dayandırıldıqda, bank əmanətçilər qarşısında öhdəliklərini tam icra edənədək Fonda əlavə haqq ödəyir.

 

Maddə 15. Sığorta haqlarının ödənişinin təmin edilməsi

 

15.1. Sığorta haqlarını vaxtında və ya tam ödəməyən iştirakçı bank Fonda dəbbə pulu (penya) ödəyir.

15.2. Dəbbə pulu sığorta haqlarının ödənişinin hər bir gecikdirilən günü üçün əvvəlki hesabat dövründə iştirakçı bank tərəfindən ödənilmiş sığorta haqlarının 0,5 faizi həcmində hesablanır. [24]

15.3. Sığorta haqları və dəbbə pulu 30 gün ərzində ödənilmədikdə, dəbbə pulunun hesablanması dayandırılır və Fond həmin vəsaitlərin iştirakçı bankın müxbir hesablarından tutulması üçün qanunvericiliyə müvafiq qaydada tədbirlər görür.

 

Maddə 16. Fondun sığorta ehtiyatlarından istifadə

 

16.1. Fondun sığorta ehtiyatları aşağıdakı məqsədlərə istifadə edilə bilər:

16.1.1. kompensasiyaların ödənilməsinə;

16.1.2. illik büdcə çərçivəsində Fondun idarə edilməsinə və əmlakının alınmasına;

16.1.3. borc öhdəliklərinin ödənilməsinə.

 

Maddə 17. Borc vəsaitlərinin cəlb edilməsi [25]

 

17.1. Fondun likvid (nağd pula tez çevrilən) aktivləri son hesabat dövrünə qorunan əmanətlərin bir faizindən aşağı düşdükdə və ya kompensasiyaların ödənilməsi üçün vəsaitin kifayət etməməsi ehtimalı yarandıqda Himayəçilik Şurası Fond tərəfindən borc vəsaitlərinin cəlb edilməsi barədə qərar qəbul edir.

17.2. Fond borc vəsaitinin alınması üçün Mərkəzi Banka müraciət etdikdə Mərkəzi Bank Fonda dövlətin zəmanəti ilə təmin olunmuş kredit verə bilər. Mərkəzi Bank, belə müraciətin daxil olduğu günün sonrakı iş günündən gec olmayaraq, müraciətin daxil olması barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verir. Müvafiq icra hakimiyyəti orqanı 10 iş günündən gec olmayaraq dövlət zəmanətinin verilməsi barədə qərar qəbul edir. Dövlət zəmanətinin verilməsi barədə qərara müvafiq olaraq 10 iş günündən gec olmayaraq Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış şərtlərlə Fonda kredit verir.

 

Maddə 18. Fondun sığorta ehtiyatlarının idarə edilməsi

 

18.1. Fond risklərin bölüşdürülməsi (diversifikasiyası) məqsədi ilə, habelə aktivlərin təhlükəsizliyini, yetərli likvidliyini və ağlabatan gəlirliyini təmin etmək üçün sərbəst pul vəsaitlərini yalnız aşağıdakı maliyyə alətlərində yerləşdirir:

18.1.1. dövlət qiymətli kağızlarında;

18.1.2. mərkəzi bankların qiymətli kağızlarında;

18.1.3. mərkəzi banklarda və yüksək reytinqli digər banklarda depozitlərdə, habelə yüksək reytinqli başqa maliyyə alətlərində.

 

Maddə 19. Fondun uçot və hesabatı

 

19.1. Fond mühasibat uçotunu qanunvericiliklə müəyyən edilmiş qaydada aparır.

19.2. Fondun hesabat ili yanvarın 1-dən dekabrın 31-i də daxil olmaqla, olan dövrü əhatə edir.

19.3. Fondun illik hesabatı növbəti ilin mart ayının 1-dək tərtib edilir və bir ay müddətində Himayəçilik Şurası tərəfindən baxılır və təsdiq olunur.

19.4. Fond illik hesabatını və audit rəyini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)maliyyə bazarlarına nəzarət orqana və Himayəçilik Şurasında təmsil olunan təşkilatlara təqdim edir. [26]

19.5. İllik hesabata aşağıdakılar daxildir:

19.5.1. Fondun illik maliyyə hesabatları;

19.5.2. iştirakçı bankların reyestri. [27]

19.5.1. Fondun illik mühasibat balansı;

19.5.2. Fondun vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirlər (zərərlər) barədə hesabat;

19.5.3. Fondun pul vəsaitlərinin hərəkəti barədə hesabat;

19.5.4. iştirakçı bankların reyestri.

19.6. Fondun illik maliyyə hesabatlarının mötəbərliyi kənar auditor tərəfindən təsdiq edilir. [28]

 

Maddə 20. Fondun fəaliyyətinə nəzarət

 

20.1. Fondun fəaliyyətinə ümumi nəzarəti Fondun Himayəçilik Şurası həyata keçirir.

20.2. Fondun illik maliyyə-təsərrüfat fəaliyyəti Himayəçilik Şurasının müəyyən etdiyi kənar auditor tərəfindən yoxlanılır. Tələb olunduqda, Fondun Himayəçilik Şurası növbədənkənar auditin keçirilməsi barədə qərar qəbul edə bilər.

20.3. Fondun daxili auditi Himayəçilik Şurasına hesabat verən Daxili Audit Xidməti tərəfindən aparılır. Daxili Audit Xidmətinin əməkdaşları Fondun Himayəçilik Şurasının təqdimatı ilə vəzifəyə təyin edilir.

 

Maddə 21. Fondun maliyyə bazarlarına nəzarət orqanı, Mərkəzi Bank və dövlət orqanları ilə qarşılıqlı münasibətləri [29]

 

21.1. Fond öz funksiyalarını yerinə yetirərkən:

21.1.1. hər bir iştirakçı bankda qorunan əmanətlərin məbləği haqqında maliyyə bazarlarına nəzarət orqanına və Mərkəzi Banka məlumat verir;

21.1.2. iştirakçı bankların bu qanunla, Fondun qaydaları və Himayəçilik Şurasının qərarı ilə müəyyən olunmuş tələbləri pozması, habelə əmanətlər üzrə öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirməməsi barədə ona məlum olan faktlar haqqında maliyyə bazarlarına nəzarət orqanına və Mərkəzi Banka məlumat verir. [30]

21.2. Fond Himayəçilik Şurasında təmsil olunan dövlət orqanlarının, maliyyə bazarlarına nəzarət orqanının və Mərkəzi Bankın müraciəti ilə öz fəaliyyəti barədə sorğu edilən məlumatları onlara verir. [31]

21.3. maliyyə bazarlarına nəzarət orqanı bir və ya bir neçə iştirakçı bankda sığorta hadisəsinin baş verməsi ehtimalı yarandıqda, bu barədə Fonda məlumat göndərir.

21.4. Bank və ya banklarla bağlı aşağıdakı qərarlardan hər hansı biri qəbul edildiyi gündən sonrakı iş günündən gec olmayaraq, maliyyə bazarlarına nəzarət orqanı bu barədə aşağıdakılar barədə Fonda məlumat göndərir:

21.4.1. bank lisenziyasının verilməsi;

21.4.2. bankın yenidən təşkil olunması;

21.4.3. iştirakçı banka müvəqqəti inzibatçının təyin edilməsi;

21.4.4. iştirakçı bankın fiziki şəxslərdən əmanətləri cəlb etmək hüququnun dayandırılması;

21.4.5. iştirakçı bankın öhdəlikləri üzrə ödənişlərin aparılmasına moratoriumun tətbiq edilməsi;

21.4.6. məcburi ləğv edilən və ya müflis elan olunmuş iştirakçı bankın əmanət üzrə öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirə bilməməsi.

21.5. maliyyə bazarlarına nəzarət orqanı iştirakçı banklar üzərində nəzarət funksiyalarını həyata keçirərkən, onların Fonda ödədikləri sığorta haqlarının hesablanması, əmanətçilərin ümumiləşdirilmiş uçotunun aparılması vəziyyətini yoxlayır və iştirakçı bankların Fond qarşısında bu qanunla müəyyən olunmuş öhdəliklərini yerinə yetirmədiklərini aşkar etdikdə, pozuntuların aradan qaldırılması və düzgün hesablanmamış sığorta haqlarının ödənilməsi barədə həmin banka göstəriş verərək, bu haqda Fonda məlumat verir.

21.6. maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi müddətdə pozuntuları aradan qaldırmayan və sığorta haqlarının çatışmayan məbləğini Fondun hesabına köçürməyən iştirakçı bankların inzibatçılarına qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş cərimə tətbiq edilir. Belə pozuntulara 1 il ərzində təkrar yol verildikdə, maliyyə bazarlarına nəzarət orqanı iştirakçı bankın fiziki şəxslərdən əmanətləri cəlb etmək hüququnu dayandırır.

 

Maddə 22. Fond ilə iştirakçı bankların qarşılıqlı münasibətləri

 

22.1. Fond öz funksiyalarını yerinə yetirərkən:

22.1.1. iştirakçı banklardan əmanətlər haqqında Fondun qaydaları ilə müəyyən olunan ümumiləşdirilmiş məlumatları əks etdirən hesabatları alır;

22.1.2. kompensasiyaların ödənilməsi öhdəliyi əmələ gəldikdə, iştirakçı bankdan qorunan əmanətləri təsdiq edən sənədlər alır;

22.1.3. kompensasiyalar ödənildikdə, bu barədə müvafiq banka məlumat verir.

22.2. İştirakçı bank:

22.2.1. Fondun bu qanunla müəyyən olunmuş səlahiyyətlərini icra edərkən, irəli sürdüyü tələbləri yerinə yetirir;

22.2.2. Fondun tələb etdiyi formada və qaydada əmanətlər haqqında ümumiləşdirilmiş məlumatları əks etdirən hesabatı təqdim edir;

22.2.3. fiziki şəxslərin əmanətləri üzrə öhdəliklərinin qanuna və ya müqavilə şərtlərinə uyğun icrasını qeyri-mümkün edən vəziyyətin yaranması barədə dərhal Fondu xəbərdar edir;

22.2.4. Fondun Himayəçilik Şurasının müəyyən etdiyi qaydada bankda, habelə onun filial və şöbələrində hər bir əmanətçi qarşısında öhdəliklərinin ümumiləşdirilmiş uçotunu aparır və sığorta hadisəsi baş verdikdə, hər bir əmanətçi barədə məlumatları 3 iş günündən gec olmayaraq təsdiq edib Fonda təqdim edir.

22.3. Fond aşağıdakı hallarda iştirakçı bankı reyestrdən çıxarır və şəhadətnaməsini ləğv edir:

22.3.1. bank lisenziyası ləğv edildikdə;

22.3.2. fiziki şəxslərdən əmanətləri cəlb etmək hüququ maliyyə bazarlarına nəzarət orqanı tərəfindən dayandırıldıqda və bank əmanətçilər qarşısında öz öhdəliklərinin icrasını tam başa çatdırdıqda.

22.4. Bank Fondun iştirakçıları sırasından çıxarıldıqda, Fond 2 iş günündən gec olmayaraq mediada bu barədə elan verir, həmin banka, maliyyə bazarlarına nəzarət orqanına və Mərkəzi Banka bildiriş göndərir. [32]

22.5. Bank Fondun iştirakçıları sırasından çıxarıldıqda, onun Fonda ödədiyi sığorta haqları geri qaytarılmır.

22.6. Sığorta haqları iştirakçı banklar tərəfindən müstəqil hesablanır.

22.7. İştirakçı banklar tərəfindən Fonda artıq köçürülmüş sığorta haqları və dəbbə pulu bankla razılaşma əsasında növbəti hesabat dövrünə aid edilir və ya 3 iş günü ərzində geri qaytarılır.

 

Maddə 23. Fondun məsuliyyəti

 

23.1. Fond bu qanunla müəyyən edilmiş öhdəliklərinə görə bütün əmlakı ilə cavabdehdir.

23.2. Fondun idarəetmə orqanlarının üzvləri və əməkdaşları həm Fondda işlədikləri dövrdə, həm də Fonddan işdən çıxdıqdan sonra Fondun iştirakçısı olan bankların fəaliyyəti və əməliyyatları haqqında informasiyanı, habelə öz xidməti vəzifələrinin icrası ilə əlaqədar əldə etdikləri başqa məlumatın məxfiliyini qorumalıdırlar. Bu cür məlumatın qanunsuz olaraq açıqlanmasına görə Fondun idarəetmə orqanlarının üzvləri və əməkdaşları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

23.3. Fond və onun əməkdaşları bu qanunla müəyyən edilmiş funksiyalarının və səlahiyyətlərinin yerinə yetirilməməsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

 

Maddə 24. Fondun ləğvi

 

Fond onun əmlakının ləğvi və istifadəsi qaydasını müəyyənləşdirən xüsusi qanunla ləğv edilir.

 

III fəsil

Əmanətçilərin Fondla və iştirakçı banklarla münasibəti. Kompensasiya ödənişi

 

Maddə 25. Əmanətçilərin hüquqları

 

25.1. Əmanətçilərin aşağıdakı hüquqları vardır:

25.1.1. Fondun iştirakçısı olması, əmanətlərin sığortalanması şərtləri, kompensasiya ödənilməsinin şərtləri və qaydaları barədə yazılı və şifahi sorğu ilə banka müraciət etmək və ondan yazılı məlumat almaq;

25.1.2. bankın Fondun iştirakçısı olması, əmanətlərin sığortalanması şərtləri, kompensasiyaların ödənilməsi şərtləri və qaydaları barədə yazılı və şifahi sorğu ilə Fonda müraciət etmək və ondan yazılı məlumat almaq;

25.1.3. iştirakçı bankın əmanətlər üzrə qanun və ya müqavilə şərtləri ilə öhdəliklərini yerinə yetirməməsi faktları barədə Fonda məlumat vermək;

25.1.4. bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq.

25.2. Qorunan əmanətçi Fonddan aldığı kompensasiya ilə əmanəti arasındakı fərq məbləğində qanunvericiliyə müvafiq qaydada banka qarşı tələb irəli sürə bilər.

 

Maddə 26. Kompensasiyalar

 

26.1. Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 (bir yüz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya 20 (iyirmi) min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödənilir. [33]

26.2. Sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir. [34]

 

Maddə 27. Kompensasiyaların ödənilməsi

 

27.1. Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir.

27.2. Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir, bu şərtlə ki, kompensasiya bu qanunun 26.1-ci maddəsində göstərilən məbləğdən artıq olmasın.

27.3. Bir əmanətçinin bir bankda, o cümlədən bankın yerli filiallarında və şöbələrində bir neçə əmanəti olduqda, yaxud həm milli, həm də xarici valyutada əmanətləri olduqda, onlar toplanır və bir əmanət kimi manatla kompensasiya olunur.

27.4. Sığorta hadisəsi əmanətçinin əmanəti olan bir neçə iştirakçı bankda baş verdikdə, kompensasiya hər bir bankda olan əmanət üzrə ayrı-ayrılıqda ödənilir.

27.5. Bankda birgə əmanət hesabı olan əmanətlərə bir əmanət kimi baxılır və kompensasiya bu qanunun 26.1-ci maddəsi ilə müəyyən edilən məbləğdən çox olmamaq şərti ilə birgə əmanət hesabının sahiblərinə bərabər və ya onların öz aralarında müəyyən etdikləri nisbətdə ödənilir.

27.6. Birgə əmanət hesabı olan əmanətçinin həmin bankda digər əmanəti olduqda, birgə əmanət üzrə ona məxsus olan hissə və digər əmanəti toplanır və bir əmanət kimi kompensasiya ödənilir.

27.7. 18 yaşı tamam olmamış övladının adına əmanət hesabı üzərində sərəncam vermək hüququ qanunvericiliyə uyğun olaraq valideynə və ya övladlığa götürənə məxsus olduqda, kompensasiya onlara ödənilir. Bu zaman valideynin və ya övladlığa götürənin həmin bankda əmanəti olduqda, bu əmanət üzrə ayrıca kompensasiya ödənilir.

27.8. Əmanət üzrə sərəncam vermək hüququ qanunvericiliyə uyğun olaraq qəyyuma və ya himayəçiyə, yaxud müqaviləyə və ya etibarnaməyə müvafiq olaraq üçüncü şəxsə məxsus olduqda, kompensasiya həmin şəxsə ödənilir. Bu zaman qəyyumun və ya himayəçinin həmin bankda əmanəti olduqda, bu əmanət üzrə ayrıca kompensasiya ödənilir.

27.9. İştirakçı banklar birləşmə və ya qoºulma ºəklində yenidən təşkil olunduqda əmanətçinin varis banka keçmiş hər bir əmanətinə müqavilə müddəti qurtaranadək ayrıca əmanət kimi baxılır və ayrı-ayrılıqda kompensasiya ödənilir.

27.10. Kompensasiya ödənilməsi haqqında elanın ilk dəfə dərc olunduğu günə müddəti qurtarmamış əmanətlərin müddəti başa çatmış hesab olunur.

27.11. Fond kompensasiyanın ödənilməsi üçün səhv və ya yanlış məlumatlar təqdim etmiş, yaxud qanunsuz olaraq kompensasiya alınması üçün müraciət etmiş şəxslərə kompensasiya ödəməkdən imtina edir və ya ödənilmiş məbləğin geri qaytarılmasını tələb edir. Bu tələb ödənilmədikdə, Fond qanunvericiliyə müvafiq qaydada tədbirlər görür.

27.12. Kompensasiyaların ödənilməsi üçün Fond öz adından və öz hesabına banklarla agent müqavilələri bağlaya bilər.

27.13. İştirakçı bankın bank lisenziyasının ləğv edildiyi və ya fiziki şəxslərdən əmanətləri cəlb etmək hüququnun maliyyə bazarlarına nəzarət orqanı tərəfindən dayandırıldığı gündən sonra qəbul edilən əmanətlər üzrə kompensasiya ödənilmir.

 

Maddə 28. Kompensasiyaların alınması üçün müraciət

 

28.1. Fond sığorta hadisəsinin baş verməsi barədə maliyyə bazarlarına nəzarət orqandan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində mediada kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir.

28.2. Kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir.

Təqdim olunan sənədlərin yoxlanılması və ödənişə yönəldilməsi qaydası Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilir.

28.2-1. Kompensasiyaların alınması üçün müraciət edilməsi ilə əlaqədar tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər müraciət edəndən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir. [35]

28.3. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

28.4. Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

28.5. Fond kompensasiyanı əmanətçinin ərizəsini qəbul etdiyi gündən ən geci 90 təqvim günü ərzində ödəməlidir. Müstəsna hallarda Fondun Himayəçilik Şurasının qərarı ilə Fond kompensasiyaların ödəniş müddətini 90 təqvim gününədək uzada bilər.

 

IV fəsil

Yekun müddəalar

 

Maddə 29. Bankların Fondun iştirakçıları sırasına qəbul edilməsi

 

29.1. Bank lisenziyası almış və fiziki şəxslərdən əmanətləri cəlb etmək hüququ əldə etmiş banklar, həmçinin bu qanunun 3.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, xarici bankların yerli filialları maliyyə bazarlarına nəzarət orqanı verdiyi rəsmi məlumata əsasən Fondun iştirakçıları sırasına həmin məlumatın alındığı gündən sonrakı iş günü daxil edilir. [36]

29.2. Bu qanun qüvvəyə mindikdən sonra bank lisenziyası almış və fiziki şəxslərdən əmanətləri cəlb etmək hüququ əldə etmiş banklar, habelə bu qanunun 3.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, xarici bankların yerli filialları Mərkəzi Bankın verdiyi rəsmi məlumata əsasən bu qanunun 29.1-ci maddəsində müəyyən edilmiş qaydada Fondun iştirakçıları sırasına daxil edilir. [37]

29.3. Bankların və xarici bankların yerli filiallarının iştirakçı bank statusu onların Fondun reyestrinə daxil edilməsi və şəhadətnamənin verilməsi ilə rəsmiləşdirilir.

 

Maddə 30. İctimaiyyətin məlumatlandırılması

 

30.1. Fond iştirakçı bankların reyestrini hər təqvim ilinin birinci ayında, reyestrdə aparılmış dəyişikliklər haqqında məlumatı isə dəyişikliklərin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq mediada elan verir və 3 iş günündən gec olmayaraq bildiriş dərc etdirir.

30.2. maliyyə bazarlarına nəzarət orqanı iştirakçı bankın fiziki şəxslərdən əmanətləri cəlb etmək hüququnu dayandırdıqda müvafiq qərarın qəbul edildiyi gündən sonrakı iş günündən gec olmayaraq mediada bu barədə elan verir və 3 iş günündən gec olmayaraq bildiriş dərc etdirir.

30.3. İştirakçı bank:

30.3.1. cəlb etdiyi əmanət üzrə sığorta haqlarının və kompensasiyanın ödənilməsi şərtləri, Fondun fəaliyyəti ilə bağlı elanların verildiyi və bildirişlərin dərc edildiyi media subyektləri haqqında məlumatı bank əmanəti və ya bank hesabı müqaviləsinə daxil etməlidir. Bu məlumatlar müqavilədə fiziki şəxs üçün anlaşıqlı formada tərtib edilməlidir;

30.3.2. yerləşdiyi binada əmanətçilərə xidmət göstərilən yerlərdə yazılı formada Fondun iştirakçısı olması, əmanətlərin sığortalanması və kompensasiyaların ödənilməsi şərtləri barədə məlumat verməlidir;

30.3.3. əmanətçilərin yazılı və şifahi sorğularına əsasən sığorta sistemində iştirakı, qorunan əmanətlər və kompensasiyalar barədə məlumat verməlidir.

30.4. Bank audit yoxlamasından keçmiş illik hesabatını mediada dərc etdirərkən, Fondda iştirakı barədə məlumat verməlidir.

 

Maddə 31. Mübahisələrin həlli

 

31.1. Əmanətçilər kompensasiyaların ödənilməsi ilə əlaqədar yaranan mübahisələrin həlli üçün Fondun Himayəçilik Şurasına və/və ya məhkəməyə müraciət edə bilərlər.

31.2. Fondla iştirakçı banklar arasında baş vermiş mübahisələrə Fondun Himayəçilik Şurasında baxılmalıdır. Mübahisənin həllindən narazı qalan tərəf qanunvericiliyə müvafiq qaydada məhkəməyə müraciət edə bilər.

 

Maddə 32. Qanunun qüvvəyə minməsi

 

Bu qanun dərc olunduğu gündən qüvvəyə minir. Qanunun 13-cü, 14-cü maddələri və III fəsli bu qanun qüvvəyə mindiyi gündən 6 ay sonra tətbiq edilir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 dekabr 2006-cı il

№ 226-IIIQ

 

 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

  1. 8 may 2009-cu il tarixli 810-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 iyun 2009-cu il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 400)
  2. 30 iyun 2009-cu il tarixli 856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyul 2009-cu il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 517)
  3. 19 yanvar 2016-cı il tarixli 100-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 mart 2016-cı il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 394)
  4. 4 mart 2016-cı il tarixli 155-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 421)
  5. 30 iyun 2017-ci il tarixli 758-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1310)
  6. 28 dekabr 2018-ci il tarixli 1414-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 fevral 2019-cu il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 31)
  7. 19 may 2020-ci il tarixli 105-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 iyul 2020-ci il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 825)
  8. 18 dekabr 2020-ci il tarixli 216-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2020-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1437)
  9. 20 dekabr 2022-ci il tarixli 710-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 163)
  10. 17 fevral 2023-cü il tarixli 813-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 451)

 

Konstitusiya Məhkəməsinin Qərarları

 

KMQ1 1. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsini nəzərə alaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələrinə əsasən təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə uyğun olaraq, bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və ilkin (əsas) müqavilə kimi qəbul olunmalıdır. Əmanət müqaviləsinin miqrasiya olunduğu tarix əmanət müqaviləsinin bağlanma vaxtı hesab edilə bilməz. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10 avqust 2020-ci il tarixli qərarı – “Respublika” qəzeti 11 avqust 2020-ci il, № 156)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

[1] 8 may 2009-cu il tarixli 810-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 iyun 2009-cu il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 400) ilə Qanunun mətnində “Milli” sözü “Mərkəzi” sözü ilə əvəz edilmişdir.

 

[2] 4 mart 2016-cı il tarixli 155-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 421) ilə 3.4-cü, 4.1.7-ci, 8.1.20-ci, 12.1-ci, 13.5-ci, 13.6-cı, 17.2-ci, 21-ci (adı), 21.1.1-ci, 21.1.2-ci, 21.2-ci, 22.4-cü, 27.1-ci və 29.2-ci maddələr istisna olmaqla, mətn üzrə ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilmişdir.

 

[3] 28 dekabr 2018-ci il tarixli 1414-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 fevral 2019-cu il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 31ilə 1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[4] 18 dekabr 2020-ci il tarixli 216-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2020-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1437) ilə 2.1.1-ci maddəyə “pul vəsaitləridir” sözlərindən sonra “, o cümlədən notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləridir” sözləri əlavə edilmişdir.

 

[5] 30 iyun 2009-cu il tarixli 856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyul 2009-cu il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 517) ilə 2.1.2.3-cü maddəsində “qeyri-qanuni yolla əldə edilmiş pul vəsaitinin” sözləri “cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın” sözləri ilə əvəz edilmişdir.

 

[6] 8 may 2009-cu il tarixli 810-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 iyun 2009-cu il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 400) ilə 2.1.2.6-cı maddədə “Azərbaycan Respublikası Milli Bankının (bundan sonra – Milli Bank) uçot dərəcəsinin 1,8 mislindən” sözləri “bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən” sözləri ilə əvəz edilmişdir.

 

[7] 18 dekabr 2020-ci il tarixli 216-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2020-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1437) ilə 2.1.2.7-ci maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2.1.2.7. fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri;

 

[8] 19 yanvar 2016-cı il tarixli 100-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 mart 2016-cı il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 394) ilə 2.1.2.1-ci, 2.1.2.9-cu və 2.1.2.10-cu maddələr ləğv edilmişdir.

 

[9] 4 mart 2016-cı il tarixli 155-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 421) ilə 2.1.5-1-ci maddə əlavə edilmişdir.

 

[10] 8 may 2009-cu il tarixli 810-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 iyun 2009-cu il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 400) ilə 2.1.9-cu maddədə “Milli Bank” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank)” sözləri ilə əvəz edilmişdir.

 

4 mart 2016-cı il tarixli 155-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 421) ilə 2.1.9-cu maddədə “Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank)” sözləri “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilmişdir.

 

[11] 4 mart 2016-cı il tarixli 155-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 421) ilə 2.1.10-cu maddədə “Mərkəzi Bank” sözləri “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilmişdir.

 

[12] 4 mart 2016-cı il tarixli 155-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 421) ilə 3.3-cü maddədə “Mərkəzi Bankda” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankında (bundan sonra – Mərkəzi Bank)” sözləri ilə əvəz edilmişdir.

 

[13] 4 mart 2016-cı il tarixli 155-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 421) ilə 3.4-cü maddəyə ismin müvafiq hallarında “dövlət” sözündən sonra ismin müvafiq hallarında “, maliyyə bazarlarına nəzarət orqanı” sözləri əlavə edilmişdir.

 

[14] 4 mart 2016-cı il tarixli 155-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 421) ilə 6.2-ci maddədə “Mərkəzi Bankın üç nümayəndəsi” sözləri “maliyyə bazarlarına nəzarət orqanının iki nümayəndəsi, Mərkəzi Bankın bir nümayəndəsi” sözləri ilə əvəz edilmişdir.

30 iyun 2017-ci il tarixli 758-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1310) ilə 6.2-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

6.2. Himayəçilik Şurasının tərkibinə maliyyə bazarlarına nəzarət orqanının iki nümayəndəsi, Mərkəzi Bankın bir nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının iki nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların iki nümayəndəsi daxildir.

 

[15] 4 mart 2016-cı il tarixli 155-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 421) ilə 7.1-ci maddənin ikinci cümləsində “və ya icraçı direktorun” sözləri “, icraçı direktorun və ya maliyyə bazarlarına nəzarət orqanının” sözləri əlavə edilmişdir.

 

[16] 30 iyun 2017-ci il tarixli 758-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1310) ilə 8.1.1 – 8.1.4-cü, 8.1.10-cu, 8.1.13-cü və 8.1.16-cı maddələrdə “Fondun” sözü “müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, Fondun” sözləri ilə əvəz edilmişdir.

 

[17] 30 iyun 2017-ci il tarixli 758-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1310) ilə 8.1.5-ci və 8.1.18-ci maddələrdə “kompensasiyaların” sözü “müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, kompensasiyaların” sözləri ilə əvəz edilmişdir.

 

[18] 17 fevral 2023-cü il tarixli 813-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 451ilə 8.1.6-cı maddədə və 30.3.1-ci maddənin birinci cümləsində ismin müvafiq hallarında “kütləvi informasiya vasitələri” sözləri ismin müvafiq hallarında “media subyektləri” sözləri ilə əvəz edilmişdir.

 

[19] 30 iyun 2017-ci il tarixli 758-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1310) ilə 8.1.8-ci maddədə “iştirakçı” sözü “müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, iştirakçı” sözləri ilə əvəz edilmişdir.

 

[20] 30 iyun 2017-ci il tarixli 758-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1310) ilə 8.1.9-cu maddədə “hallarda” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla,” sözləri əlavə edilmişdir.

 

[21] 8 may 2009-cu il tarixli 810-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 iyun 2009-cu il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 400) ilə yeni məzmunda 8.1.20-ci maddə əlavə edilmişdir və 8.1.20-ci maddə müvafiq olaraq 8.1.21-ci maddə hesab edilmişdir.

 

4 mart 2016-cı il tarixli 155-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 421) ilə 8.1.20-ci maddəyə “Mərkəzi Bankla” sözlərindən əvvəl “maliyyə bazarlarına nəzarət orqanı və” sözləri əlavə edilmişdir.

 

[22] 30 iyun 2017-ci il tarixli 758-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1310) ilə 9.1-ci maddədə “Himayəçilik Şurası” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir.

 

[23] 19 yanvar 2016-cı il tarixli 100-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 mart 2016-cı il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 394) ilə 14.1-ci maddənin birinci cümləsində “Kompensasiyaların ödənilməsi üçün” sözləri “Bu Qanunda nəzərdə tutulmuş hallarda” sözləri ilə, ikinci cümləsində isə “0,2 faizi” sözləri “0,1 faizi” sözləri ilə əvəz edilmişdir.

 

[24] 19 yanvar 2016-cı il tarixli 100-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 mart 2016-cı il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 394) ilə 15.2-ci maddədə “sığorta haqları Mərkəzi Bankın uçot dərəcəsinin 360-da bir hissəsinə hasil edilməklə” sözləri “sığorta haqlarının 0,5 faizi həcmində” sözləri ilə əvəz edilmişdir.

 

[25] 19 yanvar 2016-cı il tarixli 100-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 mart 2016-cı il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 394) ilə 17-ci maddənin mətni yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Kompensasiyaların ödənilməsi ilə bağlı Fondun likvid (nağd pula tez çevrilən) aktivlərinin cəmi 1 (bir) milyon manatdan aşağı düşdükdə və ya bu səviyyədən aşağı enməsi ehtimalı yarandıqda, Himayəçilik Şurası Fond tərəfindən borc vəsaitlərinin cəlb edilməsi barədə qərar qəbul edə bilər.

 

[26] 19 may 2020-ci il tarixli 105-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 iyul 2020-ci il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 825) ilə 19.4-cü maddədə “Azərbaycan Respublikasının Prezidentinə” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilmişdir.

[27] 19 may 2020-ci il tarixli 105-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 iyul 2020-ci il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 825) ilə 19.5-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

19.5. İllik hesabata aşağıdakılar daxildir:

 

[28] 19 may 2020-ci il tarixli 105-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 iyul 2020-ci il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 825) ilə 19.6-cı maddədə “mühasibat balansı, pul vəsaitlərinin hərəkəti, vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirlər (zərərlər) barədə hesabatların” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilmişdir.

 

[29] 4 mart 2016-cı il tarixli 155-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 421) ilə 21-ci maddənin adında “Mərkəzi Bankla” sözləri “maliyyə bazarlarına nəzarət orqanı, Mərkəzi Bank” sözləri ilə əvəz edilmişdir.

 

[30] 4 mart 2016-cı il tarixli 155-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 421) ilə 21.1.1-ci və 21.1.2-ci maddələrə “Mərkəzi Banka” sözlərindən əvvəl “maliyyə bazarlarına nəzarət orqanına və” sözləri əlavə edilmişdir.

 

[31] 4 mart 2016-cı il tarixli 155-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 421) ilə 21.2-ci maddəyə “və Mərkəzi Bankın” sözlərindən əvvəl “, maliyyə bazarlarına nəzarət orqanının” sözləri əlavə edilmişdir.

 

[32] 4 mart 2016-cı il tarixli 155-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 421) ilə 22.4-cü maddəyə “və Mərkəzi Banka” sözlərindən əvvəl “, maliyyə bazarlarına nəzarət orqanına” sözləri əlavə edilmişdir.

17 fevral 2023-cü il tarixli 813-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 451ilə 22.4-cü maddədə, 28.1-ci maddənin birinci cümləsində, 30.1-ci, 30.2-ci və 30.4-cü maddələrdə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilmişdir.

 

[33] 8 may 2009-cu il tarixli 810-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 iyun 2009-cu il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 400) ilə 26-cı maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

26.1. Fond tərəfindən bir iştirakçı bankda sığortalanmış əmanət üzrə aşağıdakı həcmdə kompensasiya ödənilir:

26.1.1. 01 yanvar 2008-ci ilədək – əmanətin məbləğinin 100 faizi, lakin 4 (dörd) min manatdan çox olmayaraq;

26.1.2. 01 yanvar 2010-cu ilədək – əmanətin məbləğinin 100 faizi, lakin 6 (altı) min manatdan çox olmayaraq;

26.1.3. 01 yanvar 2010-cu ildən başlayaraq – əmanətin məbləğinin 100 faizi, lakin 8 (səkkiz) min manatdan çox olmayaraq.

 

18 dekabr 2020-ci il tarixli 216-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2020-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1437) ilə 26.1-ci maddədə “30 (otuz)” sözləri “100 (bir yüz)” sözləri ilə əvəz edilmişdir və yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[34] 19 yanvar 2016-cı il tarixli 100-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 mart 2016-cı il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 394) ilə 26-cı maddənin mətni 26.1-ci maddə hesab edilmişdir və yeni məzmunda 26.2-ci maddə əlavə edilmişdir.

 

[35] 20 dekabr 2022-ci il tarixli 710-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 163) ilə yeni məzmunda 28.2-1-ci maddə əlavə edilmişdir.

 

[36] 4 mart 2016-cı il tarixli 155-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 421) ilə 29.1-ci maddədə “Bu Qanunun qüvvəyə mindiyi günə bank lisenziyasında əmanətlərin qəbuluna icazəsi olan və məcmu kapitalın minimal məbləğini, adekvatlıq normalarını, habelə öhdəliklərini yerinə yetirən banklar” sözləri “Bank lisenziyası almış və fiziki şəxslərdən əmanətləri cəlb etmək hüququ əldə etmiş banklar” sözləri ilə əvəz edilmişdir.

 

[37] 4 mart 2016-cı il tarixli 155-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 421) ilə 29.2-ci maddə ləğv edilmişdir.

Mənbəe-qanun.az
Son xəbərlər
Digər xəbərlər