“Əmanətlərin sığortalanması haqqında”qanuna təklif edilən dəyişiklik Milli Məclisdə müzakirəyə çıxarılıb.
Qanun layihəsinin 19-cu maddəsinə təklif edilir ki, “Azərbaycan Respublikasının Prezidentinə” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin.
19.6-cı maddədə “mühasibat balansı, pul vəsaitlərinin hərəkəti, vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirlər (zərərlər) barədə hesabatların” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilməsi təklif edilir.
Qanun layihəsinə dəyişiklik səsə qoyularaq qəbul edilib.