Aİ vətəndaşlar üçün vahid əmanət və investisiya hesabı təklif edir

Avropa İttifaqı vətəndaşlar üçün vahid əmanət və investisiya hesabının yaradılmasını nəzərdə tutan yeni təşəbbüs üzərində işləyir.

Təşəbbüsün əsas məqsədi Avropa vətəndaşlarının yığımlarını investisiyalara yönəltməyi asanlaşdırmaq, maliyyə bazarlarına çıxışı genişləndirmək və xərcləri azaltmaqdır. Yeni sistem çərçivəsində komissiya və əməliyyat haqlarının aşağı salınması nəzərdə tutulur.

Avropa Komissiyasının planına əsasən, vahid hesab mexanizmi vətəndaşlara müxtəlif maliyyə məhsullarına daha rahat çıxış imkanı yaradacaq. Ekspertlərin fikrincə, bu addım Avropa kapital bazarlarının gücləndirilməsi və iqtisadiyyata əlavə investisiya axınının cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Rumıniya mediasının yazdığına görə, Avropa İttifaqı hazırda əhalinin bank əmanətlərində saxladığı irihəcmli vəsaitlərin daha məhsuldar investisiya alətlərinə yönləndirilməsini təşviq etməyə çalışır. Analitiklər hesab edirlər ki, vahid investisiya hesabı sistemi, xüsusilə kiçik investorların maliyyə bazarlarına çıxışını sadələşdirə bilər.

Məlumatda vurğulanır ki, təşəbbüs Avropa İttifaqının Kapital Bazarları İttifaqı strategiyasının bir hissəsi hesab olunur və gələcəkdə Avropa maliyyə sisteminin rəqabət qabiliyyətinin artırılmasına xidmət etməlidir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər