22 C
Baku
Tuesday, April 23, 2024

“Əmanətlərin tam sığortalanması modelindən artıq uzaqlaşmaq vaxtıdır”

“Mənim sırf şəxsi fikrim bundan ibarətdir ki, əmanətlərin tam sığortalanması modelindən artıq uzaqlaşmaq vaxtıdır”.

Bunu APA-ya müsahibəsində “AccessBank” QSC-nin İdarə Heyətinin sədri Anar Həsənov deyib.

İdarə Heyəti sədri bunu onunla əsaslandırır ki, biz tez-tez belə bir halla rastlaşırıq ki, prinsipcə, bankın seçilməsində həlledici rol oynamalı olan bank fəaliyyətinin effektiv modeli, səhmdarların strukturu, rahat xidmət və s. bu kimi amillər müştəri üçün böyük əhəmiyyət kəsb etmir.

“Müştəri hesab edir ki, istənilən halda, bütün vəsaitlər sığortalanıb və dövlət hər bir halda bu vəsaitləri qaytaracaq, buna görə də bank seçərkən yalnız əmanət məhsulunun yüksək qiymətinə əsaslanır. Düşünürəm ki, faiz dərəcəsinin daha da azaldılması və sığortalanmış maksimal məbləğin həcminə məhdudiyyət qoyulması düzgün addım olardı”.

A.Həsənov deyir ki, bu nöqteyi-nəzərdən, müəyyən limitlərin qoyulması bankların özlərinə həm biznesdə, həm də öz üzərinə müəyyən risklər götürərkən daha məsuliyyətli olmasına və beləliklə də, onların daha rəqabətli olmasına kömək edə bilər: “Məbləğin tam həcmdə kompensasiya edilməsi ilə əlaqədar devalvasiyadan sonra qəbul olunan qərarı mən, əhaliyə bank sisteminin dövlət tərəfindən dəstəklənməsinə zəmanət vermək üçün hökumətin icra etdiyi özünəməxsus sosial layihə adlandırardım”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər