10 C
Baku
Wednesday, December 11, 2024

Əmanətlərin tam sığortalanmasında son dörd ildə nə dəyişib?

Azərbaycanda “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədən düşmə müddəti 4 dekabr tarixində bitdi, Milli Məclisə daxil olan qanun layihəsində müddətin daha 4 il uzadılması barədə qərar qəbul edilib.

Azərbaycanda 2015-ci ildə iki dəfə manatın devalvasiyası baş tutdu. Həmin tarixdən sonra milli valyutaya azalmış inam, devalvasiyadan sonra bankların maliyyə vəziyyətinin pisləşməsi, bankların ard-arda bağlanması kimi hadisələr əhalinin banka əmanət yerləşdirmə inamını azaldırdı. Hökumətin əhalinin banklardakı əmanətlərinin geri çəkməsinin qarşısını almaq məqsədi ilə bu qanun yaradılmışdı.

Son 4 il ərzində bu qanunla bağlı hansı dəyişikliklər edilib?

  • 2016-cı il 1 mart tarixindən 4 il müddətinə qüvvəyə minmişdir. Həmin tarixdə qeyd edilirdi ki, mövcud əmanət müqaviləsində əmanətçinin əmanətlərinin məbləği 30 min manatdan çox deyilsə və faiz dərəcəsi 15%-dən (xarici valyutada 3%) artıq deyilsə, deməli onun əmanəti qorunur və sığorta olunur.
  • ADİF-in Himayəçilik Şürası 2019-cu ilin 1 iyulundan milli valyutada qorunan əmanətin maksimumunu 15-dən 10%-, xarici valyutada isə 3%-dən 2.5%-ə qədər azaltmışdır.
  • 2020-ci ilin 4 mart tarixindən 2020-ci ilin 4 dekabr tarixinə qədər tarixinədək uzadılmışdı. Milli valyutada olan əmanətlərin faiz dərəcəsi 10%, xarici valyutada isə 2.5%-ə qədər tam sığortalanır.
  • 2020-ci ilin 4 dekabrından 2021-ci ilin 5 aprelinə qədər əmanətlərin tam sığortalanmsının müddəti uzadılıb. Eyni iləilli valyutada olan əmanətlərin faiz dərəcəsi 10%, xarici valyutada isə 2.5%-ə qədər tam sığortalanır.
  • 2020-ci il 5 apreldən sonra olunacaq dəyişiklik: 1) Fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılması; 2) Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank hesablarında olan vəsaitləri üzrə kompensasiya məbləği 20 min manat müəyyən edilməklə sığortalanması; 3) Notariusların depozit hesablarında qalmış fiziki şəxslərə məxsus pul vəsaitlərinin tam məbləğdə sığortalanması
Son xəbərlər
Digər xəbərlər