Hazırda Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri vəzifəsini Kərəm Həsənov icra edir.
Banker.az bildirir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Dövlət Komitəsindən bildirilib.
Xatırladaq ki, aprelin 21-də Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Kabinetin yeni tərkibində K.Həsənovun adı yer almayıb.