İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “AtaHolding” MMC ilə bağlı məhkəməyə müraciət edib.
Banker.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidməti “AtaHolding” MMC ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edmişdir.
Dövlət Xidmətinin müraciətindəki işin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – İcarə müqaviləsi üzrə mübahisələrdir. İşə baxan hakim Aytən Əliyevadır.
Onu da qeyd edək ki, “AtaHolding” 2003-cü ilin sentyabr ayında fəaliyyətə başlayıb. İlk öncə maliyyə sektorunda fəaliyyət göstərən holdinq qısa müddətdən sonra sənaye, turizm, İT və xidmət sahələrində şirkətlərini yaradaraq böyüməyə başlayıb. Holdinqin nizamnamə kapitalı 40 071 816 manatdır və qanuni təmsilçisi Əşrəf Kamilovdur.