2025-ci il ərzində mənzil bazarında ümumilikdə 41 606 əqd rəsmiləşdirilib. İl ərzində bağlanan müqavilələrin ümumi maliyyə həcmi 5 milyard 402 milyon manat təşkil edib.
Banker.az xəbər verir ki, çıqlanan rüblük dinamikaya əsasən, mənzil bazarında əməliyyatların sayı və kvadratmetrin orta qiyməti ilin sonuna doğru artan xətt üzrə inkişaf edib:
-
I rüb: 8 654 əqd çərçivəsində 1,10 milyard AZN-dən çox dövriyyə qeydə alınıb. 1 kv.m-in orta qiyməti 1 889 AZN, mənzilin orta qiyməti isə 127 470 AZN olub.
-
II rüb: Əqd sayı 9 855-ə yüksəlib, 1 kv.m-in qiyməti 1 998 AZN-ə çatıb.
-
III rüb (İlin pik dövrü): Bazarda ən yüksək fəallıq bu rübdə müşahidə olunub — əqd sayı 11 751-ə, ümumi məbləğ isə 1,53 milyard AZN-ə çatıb.
-
IV rüb: Əqd sayı azca azalaraq 11 346 olsa da, qiymət artımı davam edib və 1 kv.m-in orta qiyməti 2 099 AZN-ə (ilin ən yüksək göstəricisi) yüksəlib.
Kvadratmetrin qiyməti 11,1% bahalaşıb
Rüblük müqayisələr göstərir ki, ilin birinci rübündən sonuncu rübünə qədər mənzillərin 1 kvadratmetrinin orta qiyməti 1 889 AZN-dən 2 099 AZN-ə qalxaraq 11.1% artıb. İllik orta qiymət isə 1 998 AZN təşkil edib.
Bununla yanaşı, alıcıların üstünlük verdiyi mənzillərin sahəsində kiçilmə müşahidə olunub: I rübdə satılan mənzillərin orta sahəsi 68 kv.m olduğu halda, IV rübdə bu göstərici 63 kv.m-ə enib. İllik orta mənzil sahəsi isə 65 kv.m olub.







