-3 C
Baku
Sunday, December 15, 2024

Əmlakın icarəyə verilməsi necə həyata keçirilir?

  1. Tərəflər arasında müqavilə bağlanır.

İcarə haqqında Azərbaycan Respublikasının qanunun 7 maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir.

İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək. və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi.

İcarə müqaviləsinə tərəflərin başqa vəzifələri də daxil edilə bilər.

İcarəyə verilən əmlakın dəyəri faktik aşınma nəzərə alınmaqla bu əmlakın icarəyə verildiyi an ona qoyulan qiymət əsasında müqavilədə müəyyən edilir.

 İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar.

İcarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir. Notarial qaydada təstiq olunur.

  1. Vergilərin hesablanması

Rezident müəssisələrə və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilən icarə haqları istisna olmaqla, digər şəxslərə ödənilən icarə haqlarından ödəmə mənbəyində Vergi Məcəlləsinin 124 maddəsinə əsasən 14 faiz dərəcə ilə vergi tutulur, bu zaman icarəyə verənin vergi öhdəlikləri bununla tam yerinə yetirilmiş hesab olunur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə isə, icarəyə verən vergi uçotuna dayanmalı, öz öhdəliklərini gəlir vergisinin bəyannaməsi ilə özü bəyan edərək vergi məbləğini büdcəyə köçürməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasında yaşayış fonduna aid olmayan daşınmaz əmlakın vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bazar qiymətləri nəzərə alınmaqla müəyyən edilməlidir. rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməli və “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ni vergi orqanına təqdim edilməlidir.

ƏDV ödəyicisi olan hüquqi şəxs isə 218.2-ci, 124.3-cü və 104.1-ci maddələrinin müddəaları nəzərə alınmaqla əmlakın icarəyə verilməsindən gəlir əldə edən hüquqi şəxslərin sadələşdirilmiş vergitutma sistemini tətbiq etmək hüququ olmadığına və onların bu gəlirindən ödəmə mənbəyində vergi tutulmadığına görə həmin hüquqi şəxslər tərəfindən hesabat ili ərzində əmlakın icarəyə verilməsindən əldə etdiyi gəlirdən Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərclərin fərqindən 20 faiz dərəcə ilə mənfəət vergisi hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına “Mənfəət vergisinin bəyannaməsi”ni təqdim etməli və hesablanmış mənfəət vergisini həmin müddətədək dövlət büdcəsinə ödəməlidir.

  1. Sənədləşmə

İcarəyə əmlakını verən fiziki şəxs vergi uçotunda deyilsə, o halda təhfil-təslim aktına əsasən sənədləşməni həyata keçirir. Həmin şəxsin bəyannamə vermək öhdəliyi yaranmır. İcarəyə əmlakını verən vergi uçotundadırsa bu halda elektron qaimə faktura, ƏDV ödəyicisididirsə elektron qaimə faktura ilə yanaşı elektron vergi hesab fakturada verməlidir.

  1. Maliyyə sanksiyaları və faizlər:

Vergi Məcəlləsinin 58.1. maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinin 57.1 maddəsinə əsasən  “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ni vergi orqanına vaxtında təqdim edilməməsinə görə 40 manat maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinin 59.1 maddəsinə əsasən ödəmə mənbəyində vergi qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir ildən çox olmamaq şərtilə vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.

İqtisadçı-ekspert Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər