Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortada yığımlar artıb.
Banker.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu ilin yanvar-mart aylarında sığorta şirkətləri bu sığorta növü üzrə 12 milyon 773 min manat sığorta haqqı toplayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon 217 min manat və ya 33.6% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin bu sığorta sinfi üzrə ödənişləri ötən illə müqayisədə 2 dəfə azalaraq 424 min manat təşkil edib. Qeyd edək ki, 2020-ci ilin eyni dövründə isə bu göstərici 869 min manat olub.