2027-ci ildə Azərbaycanda dövlət borcuna və öhdəliklərinə xidmət xərclərinin 2,2 milyard manat olması nəzərdə tutulur.
Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilib.
Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,5 % azdır.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.







