6 C
Baku
Saturday, December 14, 2024

Ən bahalı 10 hədiyyə

Siz hədiyyə verməyi xoşlayırsınız? Yadınıza salmağa çalışın,  verdiyiniz ən bahalı hədiyyə hansıdır? Bu hətta ən gözəl brilyant boyunbağı olsa belə, siz yenə də ən bahalı hədiyyələrin Top10-luğuna düşə bilməyəcəksiniz. Onlara aşağıdakılar daxildir:

 1. Birinci yerdə, artıq bir neçə yüz ildir ki, mövcud olan dünyaca məşhur mavzoley – Tac-Mahal durur. Memarlığın şah əsəri olan bu abidə Babur imperatoru Cahan şah tərəfindən həyat yoldaşı Mümtaz Mahala ölümündən sonra da olsa, hədiyyə edilmişdir.  Memarlıq ahəngi olan bu abidə sanki hər gün dan yerinin ağarması ilə yenidən  doğulur, günəşin batması ilə isə ölür. Hətta  Dehlini darmadağın edən qəddar fars işğalçıları, daşın üzərində həkk olunmuş bu nağıla o qədər valeh olmuşdular ki, türbəyə yaxınlaşmağa belə cürət etməmişdilər.

2. İkinci yerdəki hədiyyə əl işi olmasa da, daha az təsirli deyil. Milyarder Aristotel Onassis tərəfindən əldə edilən Əqrəblər adası. Formasına görə əqrəbi xatırladan və dünyanın quru sahəsinin 500 hektarlıq parçası olan bu ada milyarderin uşaqlıq arzusu idi. Lakin bu fakt Aristoteli onun üçün dəyərli olan “əşyanı” sevgilisi Jaklin Kennediyə hədiyyə etməkdən çəkindirmədi. Onların toyu elə bu adada baş tutdu.

adas%20eqreb

 3. Liderlərin üçlüyünü ən dəyərli olmasa da, dünyanın ən zərif hədiyyəsi bağlayır. Bu hədiyyə artıq 2 min ildir ki, yaddaşlarda yaşayır və bir çox kitablarda haqqında danışılan əfsanəyə çevrilib. Hədiyyənin ideyası Mark Antoniyə məxsusdur, görünür bu cavan oğlan o qədər Kleopatranın ürəyini fəth etmək istəyirdi ki, istənilən ağlabatmaz addımlara hazır idi. O həmin zamanlarda dünyaya məlum olan ən bahalı və gözəl mirvarini əldə edir, onu şərabla dolu qədəhin içinə salır və əgər ki, bəxşiş çariçanın ürəyinə yatmasa, hədiyyəni dənizə tullamağı təklif edir.

pearl dok14. Keçmiş dövrün kralları hədiyyə verərkən ürəyiaçıq davranırdılar. Fransanın hökmdarı “günəş kral” ləqəbli 14-cü Lüdoviq sevmədiyi həyat yoldaşına “samur manto” hədiyyə etmişdi. Lakin hələ saymazcasına reaksiya verməyə tələsməyin, çünki bu mantonun uzunluğu yarım kilometrə bərabər idi. Bunların hamısı ona görə edilmişdi ki, kraliça səhərlər yuxudan duran kimi, özünə ayaqqabı geyməklə əziyyət verməsin və həmçinin öz şahanə ayaqlarına dondurmadan bağçada rahat gəzməyə çıxa bilsin. Elə bil manto deyil, hansısa samur ayaqaltıdır.

samur%20manto

 5. Təkcə əfsanəvi şəxslər öz həyat yoldaşı və sevgililərini bahalı hədiyyələrlə sevindirmirlər. Sən demə, sadə, amma qeyri-adi peşə sahibi insanlar da möhtəşəm hədiyyələr verə bilərlər. Belə ki, adı naməlum olan dəfinə axtaranlardan biri öz həyat yoldaşına daş-qaşla dolu üç sandıq hədiyyə edib. Təxmin etməyə çalışın ki, o bu xəzinəni haradan tapa bilərdi? Təbii ki, batmış gəmilərdən birində. Buna baxmayaraq, romantik olmaq yaxşıdır.

treasure chest

6. Daha bir əfsanəvi hədiyyə, maddi olmadığı qədər dəyərlidir. Bu ürəkdir, onu əsasən pul əvəzində sata bilərlər, amma bu, onun hədiyyə verildiyi yeganə haldır. Höte özünün“Faust” əsərində eyniadlı qəhrəmanın onda olan ən qiymətli “əşyanı” – ürəyini sevgilisi Marqaretə hədiyyə etdiyi haqda yazmışdır. Heyf ki, bu hekayə çox kədərli sonluqla bitir. Beləliklə, hətta başqalarını ötüb keçmək istəsəniz də, hər halda hədiyyələri seçərkən diqqətli olmaq lazımdır.

faust

 7. Yeddinci yerdə ən şokedici hədiyyə yerləşir, bu hədiyyə verən həqiqətən də tarixə düşüb. Əgər söhbət daha az tanınmış şəxsdən getsəydi, bəlkə də səs-küy daha az olardı. Lakin bu qeyri-adi hədiyyəni Van Qoqun özü vermişdir. Təxmin etdiniz söhbət hansı hədiyyədən gedir? Təbii ki, bu Van Qoq tərəfindən kiçik bağlamaya bükülərək, Parisdən olan qıza ömürlük saxlaması üçün verilmiş əsl qulaqdır.

vanqoq

8. Məşhur bank qarətçiləri olan Bonni və Klaydı tanıyırsınız? Soyğunçu öz sevgilisinə bütöv bir kaktus plantasiyası hədiyyə etmişdir, burda gülməli heç nə yoxdur. O sadə deyil, tekila hazırlamaq üçün istifadə olunan mavi aqava plantasiyası idi. Lakin bu hədiyyəni təsdiq edən kağız hələ də tapılmayıb və plantasiyanın işçiləri bu günə qədər xəbərsizdirlər ki, sahibləri tarixin ən məşhur qadınlarından biridir.

kaktus

9. Ən axırda o qədər möhtəşəm olmasa da, amma xoşagələn və ən əsası daimi bir hədiyyədir. 60-cı illərin idmançısı Co Di Macio sadiq pərəstişkar kimi hətta ayrıldıqdan sonra belə Merlin Monroya hər gün qırmızı qızılgül hədiyyə edirdi, ölümündən sonra da hər gün onun qəbrinin üstündə tər qırmızı qızılgüllər peyda olurdu. Bax bu əsl sadiqlikdir, yəqin ki hər bir qız bunu arzu edir, bəs kim deyib ki, əbədi sevgi yoxdur?

rose%20345

 10. Onluğu 70 karatlıq brilliant bağlayır, çox deyil, amma gözəldir. Qeyri-adi cilalanmış və misli görülməmiş qiyməti olan bu daş Riçard Barton tərəfindən sevgilisi Elizabet Teylora hədiyyə edilib. Bu arada, Teylor onunla iki dəfə ailə həyatı qurub.

elizabet

Son xəbərlər
Digər xəbərlər