23 C
Baku
Friday, April 26, 2024

Ən böyük kripto valyuta birjası araşdırılır

ABŞ hökuməti ən böyük kripto valyuta birjası “Binance” barəsində təhqiqata başlayıb.

Əmtəə Fyüçersləri Ticarəti Komissiyası (CFTC) mövcud qanunlara zidd olaraq ölkə vətəndaşlarının “Binance”da mərclər yerləşdirmələrinə yol verilməsi ilə bağlı narahat olaraq müvafiq yoxlamalara başlayıb.

Məsələyə dair “Binance”-dan bir çox ölkələrin tənzimləyici qurumları ilə əməkdaşlıq etdiklərini, mövcud qaydalara ciddi əməl etdiklərini bildiriblər. Binance” rəhbəri Çanqpenq Jao (Changpeng Zhao) bu cür xəbərlərə əhəmiyyət verməməyə çağırıb.

Qeyd edək ki, məsələyə dair xəbər dərc edildiyi kimi birjanın kripto valyutası “Binance Coin” 15 dəqiqə ərzində 7 faiz ucuzlaşaraq 247 ABŞ dollarından satılıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər