13 C
Baku
Friday, March 29, 2024

Ən çox maaş hansı rayonlarda verilir? – Siyahı

1 oktyabr 2021-ci il tarixinə olan hesabata görə, Azərbaycanda ölkə üzrə orta aylıq əməkhaqqılarının 723.2 manata çatıb.

Banker.az olaraq bu dəfə ölkədə rayon və şəhərlər üzrə əməkhaqqıları ilə bağlı hansı fərqli rəqəmlərin olduğunu araşdırdıq.

Dövlət Statistika Komitəsinin statistik göstəricilərində həmişəki kimi orta aylıq əməkhaqqının ən yüksək olduğu şəhər Bakıdır. Belə ki, paytaxta bu göstərici 939.1 manat təşkil edib. Digər ikinci ən çox əməkhaqqının olduğu rayon Daşkəsəndir. Burda orta aylıq əməkhaqqı 658.1 manatdır.

Gədəbəy 657.9 manat olmaqla 3-cü yerdədir, 4-cü yerdə isə 637.8 manat olmaqla Sumqayıt, 5-ci yerdə isə 626.3 manat olmaqla Sədərək rayonudur.

Ölkə üzrə ən aşağı orta aylıq əməkhaqqı Xızı və Ağdam rayonlarında qeydə alınıb. 1 oktyabr 2021-ci il tarixinə olan statistik rəqəmlərə əsasən Xızıda orta aylıq əməkhaqqı 416.1 manat, Ağdam rayonunda isə 409.1 manat təşkil edib.

mk1 mk2

Son xəbərlər
Digər xəbərlər