15 C
Baku
Friday, March 29, 2024

Ən çox maaş hansı rayonlarda verilir? – TAM SİYAHI

1 oktyabr 2020-ci il tarixinə olan hesabata görə, Azərbaycanda ölkə üzrə orta aylıq əməkhaqqılarının 706.6 manata çatıb.

Banker.az olaraq bu dəfə ölkədə rayon və şəhərlər üzrə əməkhaqqıları ilə bağlı hansı fərqli rəqəmlərin olduğunu araşdırdıq.

Dövlət Statistika Komitəsinin statistik göstəricilərində həmişəki kimi orta aylıq əməkhaqqının ən yüksək olduğu şəhər Bakıdır. Belə ki, paytaxta bu göstərici 931.1 manat təşkil edib. Digər ikinci ən çox əməkhaqqının olduğu rayon Gədəbəydir. Burda orta aylıq əməkhaqqı 632.9 manatdır.

Daşkəsən rayonu 625.7 manat olmaqla 3-cü yerdədir. Digər onluğa daxil olan rayonlar: Sumqayıt şəhəri – 623.2 manat, Sədərək rayonu – 582.2 manat , Şirvan şəhəri – 570 manat, Qubadlı rayonu 556.7 manat, Siyəzən rayonu 546.6 manat, Naxçıvan şəhəri – 541.2 manat və Kəngərli rayonu – 532.3 manat olub.

Ölkə üzrə ən aşağı orta aylıq əməkhaqqı Qax və Bərdə rayonlarında qeydə alınıb. 1 oktyabr 2020-c il tarixinə olan statistik rəqəmlərə əsasən Qax rayonunda orta aylıq əməkhaqqı 394.2 manat, Bərdə rayonunda isə 393.6 manat təşkil edib.

EMEK

Son xəbərlər
Digər xəbərlər