“Paris Saint-Germain”in hücumçusu Kilian Mbappe 2014-cü ildən bəri ilk dəfə Kriştiano Ronaldu və Lionel Messini geridə qoyaraq dünyanın ən çox maaş alan futbolçusu olub, Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.
Nəşrin məlumatına görə, fransalı idmançı 2022-2023-cü il mövsümündə 128 milyon dollar qazanacaq – bu, dünyanın ən yüksək maaş alan futbolçuları reytinqi üçün rekord məbləğdir.
35 yaşlı argentinalı futbolçu Messi ötən il reytinqdə lider olub. Bu mövsümdə, o, 110 milyon dollar qazanacaq. Qeyd edək ki, reytinqin keçmiş lideri Ronaldu bu dəfə 100 milyon dollarlıq gəlirlə üçüncü yer alıb.
Dünyanın ən çox gəlir əldə edən futbolçuların ilk beşliyinə həmçinin braziyalı Neymar (87 milyon dollar) və misirli Mohammed Salah (53 milyon dollar) daxil olub.