14 C
Baku
Thursday, April 25, 2024

Ən inanılmaz biznes xətaları

İnsanlar biznesdə də adi həyatda olduğu kimi gözlənilməz və düşünülməmiş səhvlərə yol verir və bu xətalar gözlənilməz nəticələrə gətirib çıxarır. Bu məqalədə biznes sahəsində baş vermiş ən inanılmaz səhvlərdən bəziləri ilə tanış olaq. 

Torontodan Kiprə 39 dollara

İtaliyanın Alitalia avia şirkəti öz saytlarında səhvə yol verərək Toronto-Kipr reysinin qiymətini düzgün qeyd etmir. Saytda səhvən yerləşdirilən məlumata görə bu reys üzrə biznes-klass üçün 1 biletin qiyməti 39 dollardır. Əsl qiymət isə 3900 dollar olmalı idi. Səhv aşkar edilənə qədər artıq 2000-ə yaxın bilet satılmışdı. Satılmış biletləri ləğv etmək elə də asan olmadı və son nəticədə şirkət vəziyyətlə barışmalı oldu. Bilet əldə edən 2000 insanın biletdən istifadə etdiyini nəzərə aldıqda görərik ki, şirkətin üzləşdiyi zərər 7,72 milyon dollar təşkil edir.

Coca-Cola və onların New Coke uğursuzluğu

Coca-Cola şirkəti 1895-ci ildən başlayaraq New Coke adlı içki istehsal etməyə başlayır. 1992-ci ildə isə bu içkinin adının Coca-Cola II olaraq dəyişdirilməsi qərara alınır. Bu ictimaiyyət arasında əsl çaxnaşma yaratdı. Şirkətin Atlantda yerləşən baş ofisinə qəzəb və məyusluq ifadə edən məktublar gəlməyə başladı. Bu zaman 400 000-dən çox zəng və məktub qəbul edilmişdi. Hadisə ilə əlaqədar olaraq qaynar xətt yaradılmışdı və psixiatr narazı müştərilərlə söhbətlər aparırdı. Bu psixoloq daha sonradan belə qeyd edir di ki, şirkətin atdığı bu addım insanlarda “sanki yaxın bir insanını itirmiş kimi” təəssürat yaratmışdı. 3 aydan sonra müştərilərin sevimlisi olan Coke geri qaytarıldı. Bu zaman satışlardan əldə edilən gəlirlər əvvəlki gəlirlərdən qat-qat çox idi. Bu da bütün planların şirkət tərəfindən planlaşdırılmış şəkildə etdiyinə dair şübhələr yaradır.

AT&T şəbəkəsində xəta

1990-cı ildə ABŞ-da 75 milyon zəng 114 şirkət mərkəzini birləşdirən cəmi 1 qurğuda kiçik mexaniki xəta səbəbindən cavabsız qalmışdı.  Bu hadisəyə qədər şirkət etibarlılıq simvolu idi və 1 gün ərzində 115 milyon telefon zəngi qəbul edərək əhalinin 70%-nə xidmət göstərirdi. Daha sonradan belə məlum olduğu kimi, şəbəkə xəta proqram təminatının müasirləşdirilməsi səbəbindən yaranmışdı. Yalnız 1 avia şirkətin bildirdiyinə görə bu kiçik xəta tək onların şirkətinə 200 min satılmamış biletə başa gəldi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər