2 C
Baku
Saturday, December 14, 2024

Ən qalmaqallı milyoner nə məsləhət görür?

Amerikanın qalmaqal ilə yadda qalmış milyoneri Robert Fletçer “Necə milyoner olmaq olar” təlim kursunun yaradıcılarından biri oldu. Onun məqsədi hər bir kəsi öz gücünə inandırmaqdır. Çünki hər bir kəsin varlanmaq üçün ideal potensialı var. Özünə inanmaq və sadə qaydalara riayət etmək vacibdir. Fletçerin özü isə öz həyat təcrübələrindən nəticə çıxararaq bir sıra qaydalar təklif edir.

Bu qaydaların nə dərəcədə effektiv olduğunu başa düşmək üçün Robert Fletçerin bioqrafiyası ilə tanış olmaq lazımdır. O Alyaskada kasıb bir ailədə dünyaya gəlib və daim varlanmağı arzu edib. 16 yaşı olarkən Vaşinqtona gəlir və McDonalds-da işləməyə başlayır. Lakin eyni zamanda təhsil alır və təlimlərdə iştirak edir. Robert 18 yaşına gəldikdə isə dayısı ilə birgə radio stansiya alır. 20 yaşı olduqda isə onun artıq şəxsi şirkəti var idi və 2 il keçdikdən sonra milyonerə çevrilir. Hazırda müxtəlif hesablamalara görə onun sərvəti 30-50 milyon dollar arasında dəyişir.

Düzdür, o maliyyə piramidasının yaradılmasında günahlandırılırdı. Lakin bu artıq onun varlanmasından sonra idi.

Robert Fletçer varlanmaq istəyənlərə bunları məsləhət görür:

1. Pullarınızı boş yerə sərf etməyin. Fletçer bir dəfə kasıb ölkə hesab etdiyi Ukraynaya gəlir və heyrətini gizlədə bilmir. Bu zaman onun istifadə etdiyi mobil telefonun dəyəri 50 dollar idi. Burada isə hər yeniyetmə qız 200 dollardan ucuz olmayan mobil telefon istifadə edirdi.

2. Hər zaman ehtiyat üçün pul toplayın. Nə qədər toplasanız bir o qədər yaxşıdır. Gəlirinizin  10%-50%-ni  bir kənara qoyun. Bu tək sizin təhlükəsizlik yastığınız deyil, həm də inkişaf üçün əsas sığortaçınızdır. Bununla yanaşı o qədim bir deyimə inanmağı məsləhət görür: “Pul pul gətirər”.

3. Daşınmaz əmlaka sərmayə yatırın. Səhmlər ucuzlaşır, pullar inflyasiyaya məruz qalır, biznes iflasla üzləşir və yalnız daşınmaz əmlak qorxusuzdur. Hazırda əldə etdiyiniz torpaq 20 ildən sonra da torpaq olaraq qalacaq. Bu gün alınan ev sabah üçün pullarınızı qoruyacaq. İqtisadi gərginlik zamanı da məhz daşınmaz əmlak pul yatırımı üçün etibarlı vasitə olacaq.

4. Lazımsız risklərdən uzaq olun. “Risk etməyən şanpan içməz” deyimini xatırlayırsınız? O zaman bu deyimi də xatırlayın: “Risk edən küçədə qalar”. Risk heç zaman həddindən artıq böyük olmalı deyil və ondan qazanılan uduş da heç olmasa bütün mümkün risklərdən bir dəfə çox olmalıdır.

5. Təcrübəli insanlardan nümunə götürün. Pullara necə sərmayə yatıracağınızı bilmirsiniz? O zaman başqa insanlardan öyrənin. Dünyanın ən varlı insanlarının nəyə sərmayə yatırdığını izləyin. Lakin bu zaman onların etdiklərinin eynisini etmək lazım deyil. Onların bunu nəyə görə və hansı səbəbdən etdiyini öyrənməyə çalışın.

6. Əyləncədə ən son sırada olmalıdır. Hər hansı bir mənbədən bir ayda 1000 dollar qazana bilərsiniz. Lakin bu bütün pulları əyləncəyə sərf etməli olduğunuz mənasına gəlməməlidir. Yadda saxlayın, bir birindən asılı olmayan 5 gəlir mənbəyindən əldə etdiyiniz gəlirlərin yalnız 10%-ni bahalı əşyalara və əyləncəyə sərf etməlisiniz.

7. Təkmilləşin. Bilik heç zaman azlıq təşkil etmir. Nə qədər çox bilsəniz, bir o qədər yaxşıdır. Yadda saxlayın ki, təkmilləşmək sərhədsiz prosesdir.

Son xəbərlər
Digər xəbərlər