Siz çalışdığınız şirkətdə ən bacarıqlı əməkdaş olsanız belə karyeranızda buraxdığınız səhvlər olacaq.
Biz sizə bu məqalədə hətta ən məsuliyyətli və təcrübəli mütəxəsisslərin etdikləri səhvləri təqdim edəcəyik.
Siz rəhbərlik üçün nəyin daha vacib olduğunu başa düşmürsünüz.
Əgər siz rəhbərliyiniz istəklərinə cavab vermirsinizsə, sizin hər hansısa məsələdə nə qədər yaxşı olmağınızın heç bir əhəmiyyəti yoxdur. Məsələn, siz müştərilərlə çox yaxşı əlaqələr qurmağı bacara bilərsiniz. Lakin sizin müdirinizi yalnız sifarişlərin yenilənmə sürəti maraqlandıra bilər. Aydındır ki, müdir sizi onu maraqlandıran meyar üzrə qiymətləndirəcək.
Siz ilk uğursuzluqdan sonra təslim olursunuz
Karyerada irəliləmək üçün siz daim yeni çətinliklərlə qarşılaşacaqsınız. Əgər siz hər şeyin yaxşı olduğunu öyrəşsəniz, qəfildən əmələ gələn çətinliklər sizi ruhdan sala bilər.
Lakin yadda saxlayın ki, əsl mütəxəssis heç bir çətinlik qarşısında təslim olmur və sonuna qədər mübarizə aparır.
Siz tənqidi qəbul etmirsiniz
Siz öz işinizi keyfiyyətli şəkildə görməyə öyrəşdikdən sonra istənilən tənqidi qəbul etməkdə çətinlik çəkirsiniz. Lakin tənqid sizi müdafiə mövqeyinə keçməyə vadar etməməlidir.
Yadda saxlayın ki, tənqiddən də müsbət nəticə çıxartmaq olar.
Siz həmkarlarınızla münasibətlərinizin vacibliyini qiymətləndirmirsiniz
Sizin nə qədər peşəkar olmağınızdan asılı olmayaarq unutmayın ki, sizin karyeranız üçün kollketiv daxilində münasibətlər çox vacibdir.
Siz yalnız öz nailiyyətlərinizi qiymətləndirirsiniz
Əgər şirkət gəlirlərinin yarısını sizin sayənizdə qazanırsa belə, siz özünüzdən razı olmamalısınız. Belə olduğu halda kollketivdə heç kəs sizin özünüzdən razılığınıza dözməyəcək və bu hal sizin işinizi çətinləşdirəcək. Siz şirkətdə ən yaxşı çalışan olsanız belə, unutmayın ki, ümumi kollektivin işi daha çox qiymətləndirilir.