1 C
Baku
Saturday, December 14, 2024

Ərəb aviaşirkətləri Rusiyada buraxılan “Visa” və “Mastercard” kartlarının qəbulunu bərpa ediblər

Yaxın Şərqin bir neçə aviaşirkəti Rusiyanın “Visa” və “Mastercard” kartlarını qəbul etməyə başlayıb. Məsələn, “Air Arabia” və “Flydubai” müştərilərə biletin ödənişini sürətli pulköçürmə sistemi vasitəsilə həyata keçirməyi təklif edirlər.

Banker.az bu barədə “The Bell” nəşrinə istinadən xəbər verir.

Vurğulanır ki, sürətli pulköçürmə sistemi vasitəsilə ödəniş etmək üçün aviaşirkətin veb-saytında bileti bron eləmək, sonra isə dəstək xidməti ilə əlaqə saxlamaq lazımdır. Ödəniş aviaşirkətin Rusiyadakı nümayəndəsi vasitəsilə həyata keçiriləcək. Hər bilet üçün rüsum ümumi məbləğin 6%-ni təşkil edəcək. Xarici kartla ödəniş edərkən komissiya tutulmayacaq, lakin pul avtomatik olaraq kartın buraxıldığı bankın məzənnəsinə uyğun olaraq dirhəmə çevriləcək.

“Flydubai” da eyni sxemi təklif edir (sayta sifariş etmək və dəstək xidməti ilə əlaqə saxlamaq), lakin burada bütün əməliyyatlar artıq səlahiyyətli agentlər vasitəsilə həyata keçirilir. Onun xidmətlərinin haqqı 2 min rubl təşkil edir.

QR-kod ilə ödəmə imkanı olan “Emirates” də müştəridən dəstək xidməti ilə əlaqə saxlamağı tələb edir. Sonra təqdim edilən kodu skan etmək və ödəniş edərkən bron nömrəsini göstərmək tələb olunur. Alışın təsdiqlənməsi bir neçə gün çəkə bilər, buna görə bileti yola düşməzdən 10 gün qabaqcadan almaq tövsiyə olunur.

“Turkish Airlines” da fevralın əvvəlində Rusiyada buraxılmış kartlarla bilet almağa icazə verib. Lakin aviaşirkət bütün kartları qəbul etmir.

“Visa” və “Mastercard” beynəlxalq ödəniş sistemləri ötən ilin yazında, Ukraynada müharibə başlayandan sonra Rusiyada maliyyə əməliyyatlarını tam dayandırdıqlarını elan ediblər.

Son xəbərlər
Digər xəbərlər