Ərəb dünyasının ən böyük birjası olan “Tadawul” bankları IPO-ya qatılmağa dəvət etməyə başlayıb. Təkliflər bir sıra beynəlxalq və yerli banklara göndərilib.
Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
“Tadawul” – kapitallaşması 2.5 trilyon dollar olan ərəb dünyasının ən böyük birjasıdır. 2016-cı ildə birja IPO-nu idarə etmək üçün “HSBC”ni işə götürüb. Nəticədə “Saudi Aramco” neft şirkətinin 2019-cu ilin sonunda rekorda çıxardığı IPO səbəbindən yerləşdirmə təxirə salınıb.
Birjanın baş direktoru Xalid əl-Husanın verdiyi məlumata görə, IPO-nun tarixi bu il açıqlanacaq. O, 2020-ci ilin Səudiyyə bazarı üçün yaxşı sınaq olduğunu qeyd edib. Koronavirusa baxmayaraq, likvidliyin həcmi üç dəfə artıb, ixtisaslı xarici investorların sayı 26% yüksəlib, yerli investorlar arasında isə 100 mindən çox insan birjaya daxil olub.