Səudiyyə Ərəbistanın yeni kralı Salman ibn Abdul-Aziz Al Saud hakimiyyətə gəlməsi münasibətilə bütün dövlət qulluqçularına, təqaüdçülərə və təhsil alanlara ümumi olaraq 30 milyon dollar bağışlamağı qərara almışdır.
O həmçinin 500 min yerli məhbusun təqribən 130 min dollar həcmində olan cəriməsini əfv etmiş, əcnəbi məhbusların həbs müddətini ölkədən departasiya ilə əvəz etmişdir.
Bununla yanaşı, kral ğlkədə qeydiyyat keçmiş bütün ədəbiyyat dərnəklərinə, həmçinin Səudiyyə Ərəbistanının futbol çempionatında superliqa komandalarına 2,5 milyon dollar, bütün xeyriyyə fondlarına 520 milyon dollar, Kooperativlər Həmrəylik Dərnəyinə 52 milyon dollar və digər həmkarlar ittifaqlarına 2,5 milyon dollar bağışlamışdır.
Kral bu haqda öz Twitter hesabında bildirmiş və demişdir ki, heç bir mükafat onun xalqının xidmətləri qarşısında çox deyil. Bu məlumat yayıldıqdan sonra növbəti gün onun hesabına 3 milyondan çox insan abunə olmuşdur.