Ərəb Ölkələri Liqasının sammitində Gömrük İttifaqı və Ərəb azad ticarət zonasının yaradılması haqqında qərar qəbul olunub.
Rosbalt-a istinadən, qurumun baş katibinin müavini Husam Zəki birləşmənin məqsədinin 20 ərəb ölkəsinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin olduğunu bildirib.
Beyrutda keçirilən sammitdə qəbul edilən daha bir vacib qərar isə Birləşmiş Ərəb Əmirlikləri ilə Səudiyyə Ərəbistanının birgə kriptovalyuta yaratmaq niyyəti olub.