ABŞ-nin maliyyə naziri Skott Bessent avqustun 24-də Vaşinqtonun İrana qarşı növbəti tədbirlərinə həsr olunmuş mətbuat konfransı keçirməyi planlaşdırır.
Bu barədə Bessent CNBC-yə müsahibəsində bildirib.
Ötən gün ABŞ Prezidenti Donald Tramp İrana hər hansı yardım göstərəcək istənilən ölkə üçün iqtisadi nəticələrin olacağı barədə xəbərdarlıq edib.
Həmçinin onun fikrincə, neft bazarları Tehrana edilən iqtisadi təzyiqin nəticələrini yanlış qiymətləndirir:
“Əgər biz maksimum iqtisadi təzyiq göstəririksə, bu, böyük ehtimalla hasilatın genişmiqyaslı bərpasının olmayacağı deməkdir. Biz əminik ki, hamı Hörmüz boğazının işinin bərpa olunmasını və enerji daşıyıcılarının qiymətlərinin aşağı düşməsini istəyir”.
ABŞ-nin İrana qarşı növbəti tədbirlərinə münasibətdə Pekinin mövqeyinə toxunan Bessent qeyd edib ki, Çin enerji resurslarının 50%-ni Fars körfəzi ölkələrindən alır, buna görə də Vaşinqtonun təşəbbüsünə qoşulmaq onun maraqlarında olardı.






