1 C
Baku
Saturday, December 14, 2024

Ərəbistanın böyük işi üzərinə götürən enerji nəhəngi Azərbaycanda törəmə şirkət təsis etdi

Səudiyyə Ərəbistanı Krallığının enerji sektorunda, xüsusilə bərpa olunan enerji resursları sektorunda aparıcı şirkətlər olan “ACWA Power” şirkətinin idarə heyətinin sədri Mohammad Abunayyanı Azərbaycana gəlməmişdən düz bir ay öncə şirkət təsis edibmiş.

Banker.az-ın rəsmi mənbələrdən əldə etdiyi məlumatda deyilir ki, ötən ilin 9 dekabr tarixində şirkət rəhbəri ölkəmizdə “Acva Pover Azərbaycan Renevable Energy” məhdud məsuliyyətli cəmiyyəti adlı törəmə şirkət təsis edibmiş.

a
Görüşdən foto

Azərbaycan Prezidenti İlham Əliyev isə onu cari ilin yanvarın 9-da M.Abunayyanı qəbul edərək onunla ölkəmizdə şirkət tərəfindən investisiya qoulacaq məsələləri müzakirə etmişdilər.

“Azərbaycan hökuməti ilə bu müqaviləni imzalamaqdan qürur duyuruq. Bu layihə Azərbaycanda enerji mənbələrini şaxələndirmək məqsədilə bərpa olunan enerjinin payının artırılmasına töhvə verərək Azərbaycan hökumətinin yeni xidmət sahələri, sənaye sektorları və münasib iş imkanlarının yaradılması ilə bağlı təşəbbüslərini dəstəkləyəcəkdir” – deyə bu şirkətin rəhbəri ölkə rəhbəri ilə görüşdə demişdi.

Qeyd edək ki, Azərbaycanda yaradılan bu törəmə şirkətə rəhbərliyi Yaponiya vətəndaşı Watanabe Takaya edəcək.

Saudi ACWA Power
ACWA-Power

Muqavilələrə uyğun olaraq “ACWA Power” şirkəti ilə 240 MVt gücündə külək, “Masdar” şirkəti ilə isə 200 MVt gücündə günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən,   illik 1,4 mlrd. kvt·st elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.

Qeyd edək ki, “ACWA Power” şirkəti hazırda qlobal miqyasda bərpa olunan enerji sahəsində 8.000 MVt olmaqla elektrik enerjisi sahəsində ümumilikdə 30.200 MVt qoyuluş gücünə bərabər istehsal və 45 mlrd. ABŞ dolları məbləğində investisiya portfelinə malikdir.

Son xəbərlər
Digər xəbərlər