Bakının bəzi küçələri təmirə görə bağlanır

Paytaxtın daha bir neçə mərkəzi küçələsində təmir işlərinə başlanılır.

Avtomobil Yolları Dövlət Agentliyi paytaxtın 8 mərkəzi küçəsində asfalt qatının yenilənməsi işlərini aparacaq. Görülən işlərlə əlaqədar olaraq, təmir olunan yollarda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Asfalt örtüyü yenilənən yollardan biri də Həsən Abdullayev küçəsinin Rostropoviçlər küçəsindən Yusif bəy İbrahimli küçəsinədək olan hissəsidir. Nəqliyyat vasitələrinə məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

Bununla yanaşı, Rastrapoviçlər küçəsinin Bünyad Sərdarov küçəsindən Nizami küçəsinədək olan hissəsində də təmir işləri həyata keçiriləcək.

Təmir işləri aparılacaq küçələrə Əhməd Cavad, Lermontov, Həsən Seyidbəyli və İlqar İsmayılov da aiddir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər